Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
18 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
265
20.06.2025, 11:26
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.
Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.“Qafqazinfo”
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.
Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulanıb, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
21:21 / 18 Avqust 2026
21
21:20 / 18 Avqust 2026
31
21:16 / 18 Avqust 2026
23
20:34 / 18 Avqust 2026
42
20:08 / 18 Avqust 2026
57
19:50 / 18 Avqust 2026
62
19:45 / 18 Avqust 2026
120
19:19 / 18 Avqust 2026
60
19:07 / 18 Avqust 2026
70
18:38 / 18 Avqust 2026
134
18:17 / 18 Avqust 2026
75
18:06 / 18 Avqust 2026
92
17:55 / 18 Avqust 2026
88
17:40 / 18 Avqust 2026
94
17:25 / 18 Avqust 2026
98
17:10 / 18 Avqust 2026
96
16:51 / 18 Avqust 2026
68
16:45 / 18 Avqust 2026
113
16:30 / 18 Avqust 2026
79
16:15 / 18 Avqust 2026
92
16:07 / 18 Avqust 2026
89
15:55 / 18 Avqust 2026
77
15:40 / 18 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.