8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - Video
31 İyul 2025, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi olub, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak ediblər
SİYASƏT
149
19.06.2025, 19:16
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi:
-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.
Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.
İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.
Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.
Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.
Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.
Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.
“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.
Həmçinin oxuyun
Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.
Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.
Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.
Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.
Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərdə yaradılan şəraitlə tanış oldular.
12:09 / 31 İyul 2025
Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
1
11:38 / 31 İyul 2025
DİN VƏ DSX bu rayonda əməliyyat keçirdi
182
11:29 / 31 İyul 2025
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
20
11:08 / 31 İyul 2025
Avqustun havası ilə bağlı VACİB AÇIQLAMA
31
10:42 / 31 İyul 2025
Gölə tullanarkən boynu sındı, öldü
310
10:32 / 31 İyul 2025
Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?
44
10:02 / 31 İyul 2025
Ağır qəza: Ölən var
29
10:00 / 31 İyul 2025
Rubl görün neçəyə oldu
378
10:00 / 31 İyul 2025
Bu ərazilərdə qaz olmayacaq
36
09:45 / 31 İyul 2025
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - Video
33
09:30 / 31 İyul 2025
Rusiyadan neft-qaz alanları da sanksiya gözləyir
37
09:15 / 31 İyul 2025
“Çinlə ədalətli razılaşma əldə edəcəyik” - Tramp
32
09:00 / 31 İyul 2025
Bu ərazilərdə işıq kəsiləcək
45
00:07 / 31 İyul 2025
Torpağın altından elə maddə tapdı ki... - Qızıldan daha dəyərlidir
68
23:33 / 30 İyul 2025
Bakıda ucuz maşın fırıldağı - Diqqətli olun!
154
23:28 / 30 İyul 2025
Azərbaycanda bu xəstələrə verilən dərmanların sayı artırıldı
78
22:17 / 30 İyul 2025
Məktəb direktoruna yüksək vəzifə verildi
125
16:15 / 30 İyul 2025
Ukraynada istefa
81
14:32 / 30 İyul 2025
Altay Respublikasında zəlzələ baş verib
210
14:29 / 30 İyul 2025
Çin və Rusiya arasında birgə təlimlər olacaq
164
14:17 / 30 İyul 2025
Tramp bildirib ki, Si Cinpin onu Çinə dəvət etmək istəyir
267
14:09 / 30 İyul 2025
ABŞ Fransanın Fələstini tanımasını nasistlərin qələbəsi ilə müqayisə edir
208
13:55 / 30 İyul 2025
ABŞ Çinin üstünlüyünü tanıdı
186
13:33 / 30 İyul 2025
Prezident Sərəncam imzaladı
1469
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.