Zaxarova: Bakının Rusiya jurnalistlərini axtarışa verdiyi bəyanatlar Moskvanın mövqeyini əks etdirmir
18 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
411
14.06.2025, 15:16
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə başlayanda Avropa və Amerika fondları bu layihəyə maliyyə ayırmaqdan imtina etdilər. Biz isə qərara gəldik ki, bu işi öz vəsaitimizlə görəcəyik. Biz bu layihəni həyata keçirdik”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.
Prezidentin köməkçisi bildirib ki, bölgədə dayanıqlı ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün əməkdaşlıq və tərəfdaşlıq əsas şərtdir. “Bizim investisiya imkanlarımız var və bölgədəki qardaş və tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”,- deyə Hikmət Hacıyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan bütün əsas nəqliyyat infrastrukturunu Mərkəzi Asiya ölkələri ilə birləşdirib. H.Hacıyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə bölgədə üzərlərinə düşən işi yerinə yetirir və Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirirlər. O, həmçinin qeyd edib ki, Çin və Qırğızıstan hazırda 900 kilometrlik yeni dəmir yolu xətti inşa edirlər və bu infrastruktur Mərkəzi Asiyaya daha qısa marşrutla çıxış imkanı verəcək. Transxəzər vasitəsilə biz bu proseslərin hamısını bir-biri ilə əlaqələndiririk.
“Sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, siz tərəfdaş kimi bizə qoşula bilərsiniz, amma hələ də Aİ-nin bu məsələdə nə istədiyi tam aydın deyil. Biz hələ də bunu görə bilmirik”, - deyə o vurğulayıb.
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.