Zaxarova: Bakının Rusiya jurnalistlərini axtarışa verdiyi bəyanatlar Moskvanın mövqeyini əks etdirmir
18 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2108
13.06.2025, 14:11
Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.
Eyni zamanda həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Dəyişiklik həmçinin həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Beləliklə, dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.