Zaxarova: Bakının Rusiya jurnalistlərini axtarışa verdiyi bəyanatlar Moskvanın mövqeyini əks etdirmir
18 Avqust 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
202
12.06.2025, 10:46
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına məktub ünvanlayıb.
Oxu24.com xəbər verir ki, mətni Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyeva səsləndirib.
Məktubda deyilir:
"Hörmətli iclas iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.
Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır.
Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.
Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.
Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi birgə hədəflərin müəyyənləşməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaq".
08:59 / 19 Avqust 2026
8
08:51 / 19 Avqust 2026
13
00:29 / 19 Avqust 2026
66
23:51 / 18 Avqust 2026
87
23:16 / 18 Avqust 2026
115
22:48 / 18 Avqust 2026
72
22:48 / 18 Avqust 2026
77
22:36 / 18 Avqust 2026
133
22:02 / 18 Avqust 2026
127
21:50 / 18 Avqust 2026
132
21:29 / 18 Avqust 2026
126
21:21 / 18 Avqust 2026
136
21:20 / 18 Avqust 2026
148
21:16 / 18 Avqust 2026
118
20:34 / 18 Avqust 2026
98
20:08 / 18 Avqust 2026
90
19:50 / 18 Avqust 2026
93
19:45 / 18 Avqust 2026
151
19:19 / 18 Avqust 2026
84
19:07 / 18 Avqust 2026
114
18:38 / 18 Avqust 2026
158
18:17 / 18 Avqust 2026
96
18:06 / 18 Avqust 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.