Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
399
13.05.2025, 21:45
Xəbər verdimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-i Türkiyəyə səfər edəcək.
Növbəti İstanbul danışıqları bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin bəyanatı ilə yenidən gündəmə gəlib.
Belə ki, Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan İstanbulun 15 may tarixində mühüm görüşə ev sahibliyi etməsini istəyib.
Bir neçə saat sonra Türkiyə lideri ilk olaraq, fransız həmkarı ilə ardınca isə Putinin özü ilə apardığı telefon danışığında Türkiyənin tərəflər arasında vasitəçilik edəcəyini açıqlayıb.
Bu isə onu deməyə əsas verir ki, 2022-ci ilin yazından sonra ilk dəfə Ukrayna və Rusiya arasında birbaşa danışıqlar mayın 15-də Türkiyədə baş tuta bilər.
Artıq Ukrayna dövlət başçısı İstanbula özünün şəxsən gedəcəyini açıqlayıb. Hətta, orada Putini də gözləyəcəyini bəyan edib.
Amma Putinin həmin danışıqlara qatılıb-qatılmayacağı hələ də sual altındadır.
Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyədəki danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini açıqlamaqdan imtina edib və deyib ki, bu, təkcə Putinin istəyi ilə məlum ola bilər.
Mühüm görüşdə iştirak etməsi gözlənilən digər lider isə Birləşmiş Ştatların dövlət başçısı Donald Trampdır.
ABŞ mediası bildirir ki, Donald Trampın iki xüsusi nümayəndəsi Keyt Kelloq və Stiv Uitkoff İstanbula müşahidəçi kimi gedə bilər. Ağ Ev rəhbərinin özünün iştirakına gəlincə, bu da Putinin oraya gedib-getməyəcəyindən asılıdır.
Bir neçə saat əvvəl isə İran hökumətinin rəsmisi Fateme Mohacerani Rusiya Prezidenti Vladimir Putinin Tehrana rəsmi səfər hazırlıqlarına başladığını açıqlayıb.
Belə olan halda bütün diqqətlər Rusiya Prezidentinin hansı qərarı verəcəyindədir.
Əlavə edək ki, Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak bildirib ki, Putinin İstanbul danışıqlarından imtinası “sülhdən boyun qaçırmaq” kimi qəbul olunacaq.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.