Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
341
12.05.2025, 22:05
Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra Moskva-Bakı münasibətlərində yaranan ciddi gərginlik davam edir.
Rəsmi Moskvanın məsuliyyətdən yayınmaq cəhdləri ortadadır - istintaqı süni şəkildə uzadır və üzrxahlıq əvəzinə Azərbaycan əleyhinə qarayaxma kampaniyasına start verməsi iki ölkə arasında uzun illərdən bəri formalaşmış əməkdaşlıq platformasını sarsıdır.
Bakı isə açıq mesaj verir: Rusiya məsuliyyətdən yayınmamalı, üzr istəməli və kompensasiya ödəməlidir.
Rusiya-Azərbaycan gərginliyi hər iki cəbhədən qarşılıqlı ittihamların dərinləşməsi ilə müşahidə olunur. Bəzi rus ekspertlər rəsmi Bakının bu məsələdəki tələblərində tam haqlı olduğunu desələr də, Azərbaycanı əsassız şəkildə ittiham edənlər də var.
Məsələyə Bakıda yanaşma isə birmənalıdır: Rusiya mülki təyyarəmizi vurub və buna görə üzərinə düşən öhdəliklərə əməl etməli, üzr istəməklə yanaşı, ədalətli şəkildə kompensasiya da ödəməlidir. Bu gözləntilər ortada ikən Rusiyadakı bəlli dairələr bütün güclərini səfərbər edib təyyarə qəzası ilə bağlı məsələdə özlərini müdafiə etmək taktikasına əl atır, inhisarlarında olan mətbuat orqanları vasitəsilə əməllərinə bəraət qazandırmağa çalışırlar. Bütün bunlar isə iki dövlət arasında münasibətlərə kölgə salmaqdan başqa bir şey deyil, Azərbaycan-Rusiya münasibətlərində qarşılıqlı etimada ciddi zərbə vurur.
Məsələni dəyərləndirən Ağ Partiya sədrinin müavini Kamran Məmmədli Musavat.com-a deyib ki, Moskvanın bu cür davranışı Bakıda birmənalı qarşılanmır:
“Azərbaycanın mövqeyi açıq və prinsipialdır: mülki təyyarə Rusiya Federasiyasının hava məkanında vurulub və bu hadisəyə görə məsuliyyət Moskvanın üzərinə düşür. Tələblər isə aydındır – rəsmi üzrxahlıq, vurulan təyyarənin dəyərinin ödənilməsi və həlak olanların ailələrinə ədalətli kompensasiya. Təəssüf ki, bu ədalətli və beynəlxalq hüquqa əsaslanan tələblər Rusiyanın bəzi siyasi dairələri tərəfindən ya görməzlikdən gəlinir, ya da bilərəkdən manipulyasiya edilir.
Ötən dövrlərdəki bəzi hadisələr – 44 günlük Vətən müharibəsi zamanı Ermənistan kolonunu müşayiət edən Rusiya helikopterinin sərhəddə vurulması, 2023-cü ildəki lokal antiterror tədbirləri fonunda baş verən insidentlər – süni şəkildə yenidən gündəmə gətirilir və Azərbaycan haqsız şəkildə günahlandırılır. O zaman rəsmi Bakı bu hadisələrə görə Rusiya tərəfinin narazılığını anlayışla qarşıladı, helikopterin dəyərini ödəməklə yanaşı, həlak olan hərbçilərin ailələrinə də kompensasiya verdi.
İndi isə analoji addımı Rusiya tərəfi atmalıdır. AZAL-a məxsus təyyarə Rusiya hava qüvvələri tərəfindən vurulub. Bu, hüquqi və mənəvi məsuliyyət yaradır”.
Partiya sədrinin müavini bildirib ki, Kremlin nəzarətində olan informasiya məkanında anti-Azərbaycan ritorikası göz önündədir:
“Məqsədləri diqqəti təyyarəmizin vurulmasından yayındırmaq, günahı ört-basdır etmək və ictimai rəydə Azərbaycanın mövqeyini görməzdən gəlməyə çalışırlar. Amma bu manipulyasiyalar nə Azərbaycan cəmiyyətini, nə də dövlət rəhbərliyinin haqlı tələblərini arxa plana keçirə bilər.
Tarix unudulmur. Azərbaycan xalqı unutmur ki, 1805-ci ildə çar Rusiyası Qarabağ xanlığını işğal etdi və xan ailəsi ilə birlikdə qətlə yetirildi. 1920-ci ildə bolşeviklərin iştirakı ilə törədilən işğal və soyqırımılar, 1924-cü ildə Qarabağda ermənilərə muxtariyyət verilməsi, 1990-cı ilin 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 30 illik işğal dövründə Rusiyanın Ermənistana göstərdiyi hərbi-siyasi dəstək – bütün bu hadisələr unudulmayıb”.
Kamran Məmmədli deyib ki, Rusiya bu gün Qafqazda Gürcüstan və Ermənistanla münasibətlərini ya itirib, ya da ciddi şəkildə zəifləyib:
“Qafqazda yeganə strateji tərəfdaş olaraq Azərbaycan qalırdı. Amma görünən odur ki, Kreml bu münasibəti də itirmək üzrədir.
Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan Ermənistanın havadarlarına baxmayaraq, ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi.
Əgər Rusiya qarşılıqlı hörmətə əsaslanan münasibətləri qorumaqda maraqlıdırsa, bu məsələdə ədalətli davranmalı, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, Rusiya Qafqazda Gürcüstan və Ermənistandan sonra Azərbaycanı da itirəcək”.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.