İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO
04 İyul 2025, 21:33
Qaynar xətt:
(+99450) 247 90 8644 gün, tam qələbə, tək nümunə: Azərbaycan müasir dövrün qalibidir
SİYASƏT
249
12.05.2025, 15:13
Dövlət başçısı İlham Əliyev mayın 10-da Ağdam Muğam mərkəzinin açılışında çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Onlardan biri də indiyə kimi müharibədə Azərbaycan qədər birmənalı və tam qələbənin heç kim tərəfindən qazanılmaması ilə bağlı fikirlər idi:
“Siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
Dövlət başçısının dediyi kimi İkinci dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq, ya da natamam qalıb.
Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri - Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Növbəti bir məqam kimi Vətən müharibəsi dövründə ordumuz tərəfindən pilotsuz uçuş aparatlarının (PUA), Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, artilleriya və hərbi aviasiyanın qarşılıqlı uzlaşma şəraitində sinxron fəaliyyəti qeyd edilməlidir.
Polkovnik-leytenant İsa İsmayılov yazır: “Diqqət çəkən yeniliklərdən biri də indiki Zəfər yolunun bir hissəsinin ancaq gecə vaxtlarında, gərgin döyüşlərin getdiyi günlərdə, düşmənin xəbər tutmadan bir neçə gün ərzində çəkilməsidir. Bildiyimiz kimi, gecə vaxtlarında işləyən texnikanın səsi uzaq məsafədən eşidilir. Mühəndis Qoşunları indiki Zəfər yolunun müəyyən bir hissəsini çəkərkən, işləyən texnikalarımızın səsini düşmən eşitməsin, duyuq düşməsin deyə, yuxarı qərargahın tapşırığı ilə bir dəqiqədən bir artilleriya bölmələrimiz tərəfindən düşmən mövqelərinə atəş zərbələri endirilirdi. Ermənistan hərbçiləri xəbər tutanda, artıq 20 kilometrə yaxın yol salınmışdı. Həmin yoldan keçən Quru Qoşunlarının birləşmələri əməliyyat planına uyğun olaraq növbəti döyüş tapşırıqlarını icra edirdi.
PUA-lar vasitəsilə özümüzün və düşmən bölmələrinin 44 gün ərzində onlayn rejimdə müşahidə altında saxlamasını da ordumuzun ənənəvi döyüş üsullarına qatdığı yeni məzmun kimi dəyərləndirilməlidir.
Fasiləsiz müşahidə sayəsində düşmən tərəfindən yarana biləcək təhdidlər və əks-həmlələr barədə bölmələrimizə əvvəlcədən xəbər verilir, lazım gəldikdə əməliyyatlara operativ müdaxilələr edilir, bölmələrimiz tərəfindən verilən tapşırıqların necə icra edildiyi qeydə alınırdı. Tətbiq edilən bu üsul düşmənin əks-həmlələrinə əvvəlcədən hazır olmağa, nəticədə döyüşlər zamanı bölmələrimizin itkilərini minimuma endirməyə imkan verirdi. Eyni zamanda, əməliyyat rayonuna əlavə güc və qüvvə cəlb etməyə başlayan Ermənistan silahlı qüvvələrinin ehtiyatlarının koordinatlarının artilleriya və aviasiya vasitələrimizə ötürülməsi təmin edilirdi. Döyüşlər zamanı qeydə alınmış videolar əsasında aparılan təhlillərin nəticələri bu gün qoşunların döyüş hazırlığı məşğələlərində, eləcə də təlimlərdə də geniş istifadə olunur”.
Həmçinin oxuyun
Ali Baş Komandan İlham Əliyev müharibə dövründə bütün prosesə şəxsən nəzarət edirdi və bütün məsələlər barəsində incə detallarına kimi məlumat alırdı. Hələ 44 günlük müharibənin gedişində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm də informasiya müharibəsinin ön cəbhəsində savaşırdı.
O, 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə saatlarla müsahibələr verdi. Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini, baş verən prosesləri bütün dünyaya anındaca çatdırdı. Bu müsahibələrlə əsl həqiqətlər, ermənilərin müharibə cinayətləri bütün dünya ictimaiyyətinə çılpaqlığı ilə təqdim edildi. Dövlət başçısının təkcə “BBC News”a verdiyi müsahibə ilə bağlı “Twitter”dəki paylaşımını üç milyondan çox insan izlədi, 85 mindən çox insan bəyəndi, 33 min nəfər isə videomüsahibəni öz səhifəsində paylaşdı.
Hazırda dünyanın bir sıra qaynar nöqtələrində münaqişələr, müharibələr və gərginliklər davam edir. Üç ildir davam edən Rusiya -Ukrayna müharibəsində hər iki tərəfdən xeyli canlı qüvvə və texnika itkisi olsa da həlledici nəticə yoxdur. Müharibənin nə zaman və hansı şərtlər altında bitəcəyi də bəlli deyil. Uzun müddətdir ki, tərəflər atəşkəsə nail olmaq üçün danışıqlar aparır. Bu, 3 il davam edən müharibənin nəticəsizliyidir.
Digər nümunə kimi iki ildir Qəzza zolağında davam edən gərginliyi göstərmək olar. Tərəflər arasında qısa müddətli atəşkəs olsa da, hələ də zərbələr endirilir, hər gün insan itkisi olur. Bir sözlə, 2023-cü il oktyabrın 7-dən başlayan İsrail-HƏMAS müharibəsində də Yaxın Şərq "düyünü" açılmır.
Tarixdə nəticəsiz qalan müharibələr, münaqişələr çoxdur. Buna sovet qoşunlarının Əfqanıstana hərbi müdaxiləsini, ABŞ-ın Vyetnamla müharibəsini, 2001-ci ildə ABŞ-nin yenidən Əfqanıstana müdaxiləsini göstərmək olar.
Göründüyü kimi Azərbaycan İkinci dünya müharibəsindən sonra müharibədə qalib gələn yeganə ölkədir. Və buna qısa müddətdə - 44 gün ərzində nail oldu.
22:49 / 04 İyul 2025
Namiq Həsənov vəzifəsindən azad edildi
2
22:32 / 04 İyul 2025
3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI
577
22:30 / 04 İyul 2025
Rəhman Rəhmanovun şikayətinə TƏBİB-dən reaksiya - yenilənib - VİDEO
10
22:27 / 04 İyul 2025
Leyla Əliyevadan qızı ilə paylaşım - Fotolar
125
22:11 / 04 İyul 2025
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - VİDEO - FOTO
17
21:33 / 04 İyul 2025
İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO
24
21:17 / 04 İyul 2025
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
73
20:52 / 04 İyul 2025
Bu tarixdə Azərbaycanda istilər başlayacaq
546
20:49 / 04 İyul 2025
KİV: Ermənistan Rusiyaya nota verib
34
20:40 / 04 İyul 2025
Azərbaycanda tanınmış şair xəstəxanaya yerləşdirildi - FOTO
44
20:11 / 04 İyul 2025
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı - yenilənib
60
19:47 / 04 İyul 2025
Pezeşkian: Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb
43
18:40 / 04 İyul 2025
İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər
42
18:36 / 04 İyul 2025
32 saatlıq əməliyyatı edən həkim danışdı
47
18:33 / 04 İyul 2025
Ali Məhkəmə qərar qəbul edib
48
18:25 / 04 İyul 2025
İlon Maskın nüfuzu artır
38
18:10 / 04 İyul 2025
Trampın qərarları bir milyondan çox insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur
43
17:53 / 04 İyul 2025
Ermənilər Rusiyanın Birinci Kanalını ittiham edir
45
17:48 / 04 İyul 2025
Polşa prezidenti Ukraynanı “xilas edən” ölkənin adını açıqlayıb
61
17:45 / 04 İyul 2025
Diqqət! Yol bağlanır
45
17:37 / 04 İyul 2025
Maşın kişini havaya "uçurtdu" — Dəhşətli VİDEO
350
17:27 / 04 İyul 2025
Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...
500
17:24 / 04 İyul 2025
Sabunçuda qəbiristanlıqda narkotik satan şəxs saxlanılıb
51
17:20 / 04 İyul 2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
49
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.