Zelenski və Putin görüşə bilər
24 May 2025, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86Xələf Xələfov Putinin köməkçisi ilə görüşüb
SİYASƏT
280
09.04.2025, 19:58
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla görüşüb.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, 7-9 aprel 2025-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada işgüzar səfərdə olub.
Səfər çərçivəsində X.Xələfov Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov, Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin gündəliyi, onun institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi məsələləri, o cümlədən qarşılıqlı fəaliyyət planı müzakirə olunub.
Görüşlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqa yüksək qiymət verilib, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.
Həmçinin oxuyun
Danışıqlar zamanı məmnunluqla vurğulanıb ki, Azərbaycan və Rusiya arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə ikitərəfli münasibətlərin əsasını təşkil edir və uzunmüddətli ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Bu kontekstdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb və Azərbaycan tərəfini narahat edən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsinə xüsusi diqqət yetirilib.
Danışıqlar zamanı Cənubi Qafqazda və Xəzər regionunda uzunmüddətli sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.
“Görüşlər konstruktiv və işgüzar şəraitdə keçib", - deyə səfirliyin məlumatında bildirilib.
10:12 / 25 May 2025
Rusiyada zəlzələ oldu
2
10:00 / 25 May 2025
Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
3
09:45 / 25 May 2025
Səhərlər acqarına cəfəri və limon yeyin - 5 təəccüblü faydası
9
09:40 / 25 May 2025
İlhamə Quliyeva kimin həyat yoldaşı olub? — Mərhum sənətkar haqda maraqlı FAKTLAR
10
09:13 / 25 May 2025
Ruslar kimi dost,kimi özlərinə düşmən hesab edir? — Sorğunun maraqlı nəticələri
299
09:08 / 25 May 2025
Ukrayna vuruldu: Ölənlər var
34
08:50 / 25 May 2025
Bu gün imtahandır
40
00:06 / 25 May 2025
Yuxuda at görmək nə deməkdir?
362
00:04 / 25 May 2025
Şirkətin ekskavatoru yandırıldı, həbs edilən var
122
23:49 / 24 May 2025
Zelenski və Putin görüşə bilər
93
23:17 / 24 May 2025
Polis qadını bu vəziyyətdə tapdı: Azərbaycanda şok hadisə +FOTOLAR
758
22:49 / 24 May 2025
Ağız qəza baş verib: Yaralılar var
741
20:37 / 24 May 2025
MM-in iclasında Elgünün qətlə yetirilməsi ilə bağlı nə danışıldı?
217
20:26 / 24 May 2025
Hakan Fidan Rusiyaya gedəcək
209
20:00 / 24 May 2025
Qayınatanın toyda bəyə hədiyyəsi GÜNDƏM OLDU - VİDEO
205
19:39 / 24 May 2025
Evi bu yolla almayın, yoxsa…
173
19:29 / 24 May 2025
Kafedə DƏHŞƏT: yaralananlar var
163
19:12 / 24 May 2025
Gənc oğlan metroda yaşlı kişini yerlə SÜRÜDÜ - VİDEO
195
18:07 / 24 May 2025
Vatsapda bu da mümkün olacaq
142
18:00 / 24 May 2025
Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO
422
17:56 / 24 May 2025
İlham Əliyev fərman imzaladı
618
17:41 / 24 May 2025
Qadının zəlzələyə hazırlıq çantası gündəm oldu - VİDEO
135
17:34 / 24 May 2025
Gülnar faciəli şəkildə dünyasını dəyişdi
1920
15:50 / 24 May 2025
Avtobuslar yenilənir
170
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.