İran Prezidenti İlham Əliyevi təbrik edib
23 May 2025, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86Yasamal “dağılır”, icra başçısı hardadır?
SİYASƏT
461
27.03.2025, 22:51
İki gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi xəbərlər yayıldı. Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Oxu24.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə çevik reaksiya verdi. Nazirliyin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib.
Lakin Yasamal Rayon İcra Hakimiyyətindən bu olaya reaksiya verilmədi.
Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orda ola-ola bu vəhşilik baş verdi.
Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin iki əməkdaşı saxlanılıb. FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Həmçinin oxuyun
Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib. İki gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Çox da ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünü alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpənmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdurlar.
Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin?!
Yeri gəlmişkən, saytlar baş verənlərlə bağlı Yasamal RİH-nə sorğu ilə müraciət etsələr də, sorğular cavabsız qalır.
12:50 / 23 May 2025
Şaxta çökdü: 286 işçi yerin altına düşdü
1
12:43 / 23 May 2025
İran Prezidenti İlham Əliyevi təbrik edib
6
12:41 / 23 May 2025
Bu şəxslər diplomatik pasport əldə edə biləcək
11
12:26 / 23 May 2025
Əhaliyə hava xəbərdarlığı: Leysan,dolu,qar gözlənilir
237
12:21 / 23 May 2025
Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu
19
12:18 / 23 May 2025
Finlandiyada "Karelian Qılınc 25" hərbi təlimləri başlayıb
17
12:06 / 23 May 2025
ABŞ Medinskinin Ukrayna danışıqlarında iştirakına qarşıdır
20
11:53 / 23 May 2025
Şeyx məscidlərə nəzarəti itirdi - Türkiyə modelinə keçid
183
11:33 / 23 May 2025
SON DƏQİQƏ! Nazirlər Kabineti təsdiqlədi: Ali məktəblərə hazırlaşanlara vacib xəbər
302
11:30 / 23 May 2025
Məleykə Abbaszadədən abituriyentlərə - Xəbərdarlıq
36
11:23 / 23 May 2025
Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - Fotolar
29
11:17 / 23 May 2025
Evdə meyit tapıldı
29
11:01 / 23 May 2025
Şəmkirdə güclü yanğın
27
10:55 / 23 May 2025
Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı
36
10:42 / 23 May 2025
Bakıda dəhşətli qəzadan VİDEO YAYILDI
925
10:38 / 23 May 2025
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - Oğul atasını süfrə arxasında öldürdü
117
10:24 / 23 May 2025
Üç nəfər vəzifəsini itirdi
635
10:21 / 23 May 2025
Maaşları 40 faizdən çox qalxdı
90
10:17 / 23 May 2025
DƏHŞƏTLİ CİNAYƏT - Oğul atasını süfrə arxasında öldürdü
90
10:01 / 23 May 2025
AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!
74
09:52 / 23 May 2025
Bülbülə gölünün ətrafında bulvar salınır-VİDEO
75
09:35 / 23 May 2025
Röya Ayxan qırmızı xalıda - VİDEO
50
09:31 / 23 May 2025
AMB yeni məzənnələri açıqladı
69
09:20 / 23 May 2025
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO
52
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.