"Cəza siyasətində mülayimlik güclənir" - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdan AÇIQLAMA
15 Dekabr 2025, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1072
12.02.2025, 19:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Prezident müsahibə zamanı ABŞ-la münasibətlərdən danışıb:
“Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Rəsmi Bakının Trampdan əsas gözləntisi ABŞ-la münasibətlərin normallaşmasıdır. Prinsipcə, Prezidentin də dediyi kimi, Azərbaycanın ABŞ-la problemi yoxdur. İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması ilə bağlıdır. Bakı Trampın bu vəziyyəti düzəldəcəyinə ümid edir.
Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir. Rusiya və İranla sərhədin olması, Mərkəzi Asiyaya qapı rolunu oynaması, enerji resursları baxımından zənginliyi və İsrail, Türkiyə kimi strateji tərəfdaş və müttəfiqinin olması ölkəmizin ABŞ üçün dəyərini artırır. Bunu Tramp da yaxşı bilir. Buna görə Bakı onun hakimiyyəti dövründə münasibətlərin normallaşmasına ümid edir.
Həmçinin oxuyun
Prezidentin jurnalistin “Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz” sualına cavabı da diqqət çəkib. Prezident İlham Əliyev deyib ki, “Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar”.
Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusilə artıb. Bakı Pekinlə əməkdaşlıqda, Asiya bazarında yer tutmaqda maraqlıdır. Prezident Çin lideri Si Szinpini daha yaxşı tanıdığınə, onunla dəfələrlə görüşdüyünü deyib. Bu, çox mühümdür. Çin kimi bir ölkənin rəhbəri ilə şəxsi əlaqə yaratmaq, hətta zamanla dostluq münasibəti qurmaq perspektivdə Bakıya müsbət dividendlər gətirə bilər.
Azərbaycan Çin və ABŞ-ın gücünün fərqindədir. Çinlə əlaqələr yaxşı olsa da, Azərbaycan ABŞ-la da əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə Trampın ölkəmizə səfər etməsi tarixi addım ola bilər. Müsahibədən bu qənaətə gəlmək olar ki, Prezident Çin və ABŞ arasında balans siyasəti aparmaq istəyir. Pekini daha yaxşı tanıyan Bakı balans üçün Vaşinqtonla da münasibətlərin inkişafında maraqlıdır.
Müəllif: Politoloq Turan Rzayev
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.