Rusiyadakı səfirliyimizin qonaq evi qarşısındakı təxribata - Rəsmi Bakıdan reaksiya
27 Avqust 2026, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
389
06.01.2025, 14:07
“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub: “Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.
16:02 / 27 Avqust 2026
3
15:40 / 27 Avqust 2026
87
15:40 / 27 Avqust 2026
36
15:16 / 27 Avqust 2026
49
15:15 / 27 Avqust 2026
52
14:59 / 27 Avqust 2026
52
14:45 / 27 Avqust 2026
55
14:35 / 27 Avqust 2026
60
14:19 / 27 Avqust 2026
72
14:10 / 27 Avqust 2026
67
13:51 / 27 Avqust 2026
67
13:45 / 27 Avqust 2026
60
13:34 / 27 Avqust 2026
78
13:30 / 27 Avqust 2026
71
13:19 / 27 Avqust 2026
67
13:10 / 27 Avqust 2026
72
12:54 / 27 Avqust 2026
67
12:51 / 27 Avqust 2026
64
12:35 / 27 Avqust 2026
305
12:31 / 27 Avqust 2026
67
12:27 / 27 Avqust 2026
1403
12:13 / 27 Avqust 2026
137
12:07 / 27 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.