DEPUTAT: “Əbədi dostluq haqqında Müqavilə” regional əməkdaşlığı gücləndirir"
28 Avqust 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
873
29.12.2024, 22:00
Şimali və Baltikyanı ölkələr Gürcüstanı təkrar parlament seçkiləri keçirməyə çağırıb.
OXU24.COM xəbər verir ki, Danimarka, Norveç, Finlandiya, Litva, Latviya, Estoniya, İsveç və İslandiyanın xarici işlər nazirləri adından Tbilisiyə ünvanlanmış bəyanatı Litva XİN dərc edib.
Sənəddə səkkiz Avropa ölkəsi Gürcüstan hakimiyyətinin etirazçılara, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılığını, habelə keçmiş prezident Salome Zurabişviliyə qarşı təhdidlərini pisləyib, respublikadakı vəziyyətdən narahatlığını bildirib və parlament seçkilərində qeydə alınan qanun pozuntularının araşdırılmasına yenidən çağırıb.
“Biz Gürcüstan hakimiyyətini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tövsiyələrinə əməl etməyə və bu tövsiyələrə uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsini nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda deyilir.
Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermə nəticəsində hakim “Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 89-nu qazanaraq qalib gəlib, bir sıra müxalif siyasi birliklər seçkinin nəticələrini tanımayıb, “Dəyişiklik Koalisiyasının” üzvləri isə hətta deputat mandatlarından imtina ediblər. Bunun fonunda Gürcüstan prezidenti Salome Zurabişvili səsvermə pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. O, həmçinin seçkinin nəticələri ilə bağlı etirazlara çağırıb, bundan sonra ölkə boyu mitinqlər başlayıb.
19:29 / 28 Avqust 2026
3
19:26 / 28 Avqust 2026
132
19:16 / 28 Avqust 2026
134
19:09 / 28 Avqust 2026
42
18:47 / 28 Avqust 2026
51
18:30 / 28 Avqust 2026
59
18:21 / 28 Avqust 2026
239
18:10 / 28 Avqust 2026
56
18:00 / 28 Avqust 2026
60
17:59 / 28 Avqust 2026
81
17:40 / 28 Avqust 2026
62
17:30 / 28 Avqust 2026
162
17:15 / 28 Avqust 2026
75
16:59 / 28 Avqust 2026
75
16:55 / 28 Avqust 2026
81
16:45 / 28 Avqust 2026
74
16:30 / 28 Avqust 2026
81
16:13 / 28 Avqust 2026
82
15:59 / 28 Avqust 2026
82
15:48 / 28 Avqust 2026
82
15:45 / 28 Avqust 2026
81
15:34 / 28 Avqust 2026
87
15:25 / 28 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.