Qaynar xətt:

(+99450) 247 90 86

Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"

Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"

SİYASƏT

449

28.12.2024, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın növbəti prezidenti Donald Tramp özünün "Truth Sosial" platformasında amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin qurucusu İlon Maska şəxsi mesaj dərc edib.

OXU24.COM xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

"Haradasan? Siz və "X" üçün darıxırıq” – siyasətçi yazıb.

Paylaşımda o, Maskı "Kainatın mərkəzi" adlandırdığı Mar-a-Lago malikanəsində Yeni il şənliyinə dəvət edib. Tramp qeyd edib ki, "Microsoft"n həmtəsisçisi Bill Qeyts də bayrama gəlmək istəyir.

Noyabrın sonunda Mask Trampla birlikdə Şükranlıq Gününü qeyd edib. Bayramdan çəkilmiş videoların birində milyarder digər qonaqlar arasında siyasətçi, həyat yoldaşı və oğlu ilə bir masa arxasında oturur.