Azərbaycan Polşaya nota verdi: Səfir XİN-ə çağırıldı
28 Avqust 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
844
26.12.2024, 14:23
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş tutub.
Oxu24.com xəbər verir ki, hökumət başçıları ötən gün baş vermiş təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Ə.Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə, Qazaxıstan tərəfinə təşəkkür edib.
O.Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabında qeyd qoyduğunu bildirib.
Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin cəsədlərinin ölkəmizə gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olunub.
23:11 / 28 Avqust 2026
1
22:56 / 28 Avqust 2026
40
22:32 / 28 Avqust 2026
50
22:12 / 28 Avqust 2026
57
21:45 / 28 Avqust 2026
60
21:09 / 28 Avqust 2026
74
20:50 / 28 Avqust 2026
90
20:40 / 28 Avqust 2026
96
20:07 / 28 Avqust 2026
79
19:53 / 28 Avqust 2026
104
19:29 / 28 Avqust 2026
82
19:26 / 28 Avqust 2026
308
19:16 / 28 Avqust 2026
400
19:09 / 28 Avqust 2026
84
18:47 / 28 Avqust 2026
95
18:30 / 28 Avqust 2026
94
18:21 / 28 Avqust 2026
550
18:10 / 28 Avqust 2026
70
18:00 / 28 Avqust 2026
77
17:59 / 28 Avqust 2026
102
17:40 / 28 Avqust 2026
76
17:30 / 28 Avqust 2026
201
17:15 / 28 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.