Prezident sərəncam imzaladı
16 Sentyabr 2026, 16:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
270
19.04.2024, 19:50
19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
“OXU24.COM ” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.
İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və s. istiqamətlər üzrə çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud Strateji Dialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Səfir bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib.
İtaliyanın mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd olunub.
Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan və İtaliya arasında tərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


16:20 / 16 Sentyabr 2026
5
16:08 / 16 Sentyabr 2026
81
16:05 / 16 Sentyabr 2026
33
15:58 / 16 Sentyabr 2026
180
15:50 / 16 Sentyabr 2026
88
15:42 / 16 Sentyabr 2026
62
15:40 / 16 Sentyabr 2026
54
15:37 / 16 Sentyabr 2026
149
15:34 / 16 Sentyabr 2026
55
15:31 / 16 Sentyabr 2026
60
15:27 / 16 Sentyabr 2026
123
15:24 / 16 Sentyabr 2026
230
15:20 / 16 Sentyabr 2026
56
14:55 / 16 Sentyabr 2026
53
14:32 / 16 Sentyabr 2026
178
14:29 / 16 Sentyabr 2026
82
14:26 / 16 Sentyabr 2026
186
14:22 / 16 Sentyabr 2026
93
14:15 / 16 Sentyabr 2026
96
14:08 / 16 Sentyabr 2026
315
14:06 / 16 Sentyabr 2026
193
14:05 / 16 Sentyabr 2026
77
14:00 / 16 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.