Qaynar xətt:

(+99450) 247 90 86

Yeni vəzifəlilər harada təhsil alıb?

Yeni vəzifəlilər harada təhsil alıb?

SİYASƏT

2060

24.04.2018, 13:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Hökumət strukturunda, xüsusilə də Nazirlər Kabinetində gənclərin yer almaması tez-tez sosial şəbəkələrdə müzakirələrə səbəb olurdu.
Aprelin 11-də keçirilən  prezident seçkilərindən sonra iqtidarın öz komandasında ciddi dəyişliklərə getməsi, xüsusilə də,  Nazirlər Kabinetində gənclərə də yer verməsi təqdir edilən hal olub. Bununla yanaşı, hökumətin yüksək postlarına təyin olunan şəxslər arasında dünyanın bir çox tanınmış universitetlərinin tələbələri, eləcə də təcrübə proqramlarının iştirakçıları yer alır. “Qafqazinfo” bu məqamda yeni dəyişikliklərdən sonra mühüm hökumət postlarında yer tutan şəxslərin təhsil xronikasını təqdim edir: Kənd Təsərrüfatı naziri İnam Kərimov ilk təhsilini Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında alıb. ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirən İnam Kərimov daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. O, 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən və Nazirlər Kabinetinin ən gənc nümayəndəsi Sahil Babayev Bakı Dövlət Universitetində \"Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər\" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev orta məktəbi Bakı şəhərində bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olub. O, həmçinin Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. Təhsil naziri təyin Ceyhun Bayramov ilk təhsilini Bakı şəhərində gümüş medalla bitirib. Daha sonra, qəbul olduğu Azərbaycan Dövlət İqtisad Universitetini də fərqlənmə diplomu ilə tamamlayan  C. Bayramov, eyni zamanda  Azərbaycan Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Dövlət Miqrasiya Xidmətinə rəis təyin olunmuş Vüsal Hüseynov Harvard məzunudur. Bakalavr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsində alan V. Hüseynov 1 il müddətində Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. Daha sonra, UNEC-də beynəlxalq iqtisadi münasibətlər üzrə ilk magistr təhsilini alıb. O, 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, iki il sonra isə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. Təhsili müddətində  Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alan V. Hüseynov 2011-ci ildə Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib. Yeni yaradılmış Dövlət Turizm Agentliyinə sədr təyin olunmuş Fuad Nağıyev bakalavr dərəcəsini Bakı Dövlət Universitetin Hüquq fakultəsində alıb. Təhsilini AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etdirən F. Nağıyev İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. Daha sonra, o, Bakı Dövlət Universitetində \"Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər\" sahəsi üzrə bakalavr və magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunmuş Fuad Muradov Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində \"sənayesində ətraf mühitin qorunması\" ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.
DÜNYA BƏXTƏVƏRDİ GÜNƏŞ ÜZÜNƏ

23:44 / 23 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DÜNYA BƏXTƏVƏRDİ GÜNƏŞ ÜZÜNƏ

103

0
Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı! 

23:30 / 23 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı! 

97

0
Bağçalarda çalışan tərbiyəçilərlə bağlı YENİ TƏKLİF: Sertifikasiya tətbiq olunsun  

23:23 / 23 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bağçalarda çalışan tərbiyəçilərlə bağlı YENİ TƏKLİF: Sertifikasiya tətbiq olunsun  

107

0
Qidalardakı vitamin və minerallar niyə azalır? – Ekspert səbəbləri AÇIQLADI  

23:19 / 23 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qidalardakı vitamin və minerallar niyə azalır? – Ekspert səbəbləri AÇIQLADI  

93

0
Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI  

23:13 / 23 Oktyabr 2026

TİBB TİBB

Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI  

102

0
 Qara ciyər yağlanması ürək xəstəliklərinin səbəbi ola bilər- Kardioloqdan xəbərdarlıq  

23:08 / 23 Oktyabr 2026

TİBB TİBB

 Qara ciyər yağlanması ürək xəstəliklərinin səbəbi ola bilər- Kardioloqdan xəbərdarlıq  

98

0
Bakıda 10-cu mikrorayonun salınması hansı imkanlar açacaq? – Memardan AÇIQLAMA  

22:58 / 23 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda 10-cu mikrorayonun salınması hansı imkanlar açacaq? – Memardan AÇIQLAMA  

99

0
Vəkil bağışlanmış evə münasibətdə övladların hüquqlarını izah etdi  

22:44 / 23 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Vəkil bağışlanmış evə münasibətdə övladların hüquqlarını izah etdi  

98

0
Qan yudurma və qan vermə arasında fərq nədir? Hematoloq izah etdi 

22:35 / 23 Oktyabr 2026

TİBB TİBB

Qan yudurma və qan vermə arasında fərq nədir? Hematoloq izah etdi 

90

0
 Avtomobil təkərlərinə azot vurmaq yaxşıdır, yoxsa adi hava? – Araşdırmanın nəticəsi  

22:24 / 23 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Avtomobil təkərlərinə azot vurmaq yaxşıdır, yoxsa adi hava? – Araşdırmanın nəticəsi  

99

0
Gürcüstanda saxlanılan  Azərbaycan vətəndaşları   deportasiya olundular 

22:10 / 23 Oktyabr 2026

DÜNYA DÜNYA

Gürcüstanda saxlanılan  Azərbaycan vətəndaşları   deportasiya olundular 

104

0
Dövlət Bağçalı hər zaman Azərbaycanın yanında olduğunu dedi 

21:59 / 23 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət Bağçalı hər zaman Azərbaycanın yanında olduğunu dedi 

97

0