Zahid Oruc Ermənistanın sülh müqaviləsini gecikdirməsinin risklərini açıqladı
24 Oktyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
73
24.10.2026, 10:00
Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açılmasında bildirib.
Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı rayonu hər iki istiqamətdən hücumlara məruz qalmış, dinc əhaliyə qarşı terror və zorakılıq halları sistemli xarakter almışdır. 1993-cü il avqustun 31-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edilmişdir. İşğal nəticəsində 29 997 nəfər doğma yurdunu tərk edərək, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, inzibati və sosial obyektləri, mədəniyyət abidələri, məscidləri, körpüləri və infrastrukturu dağıdılmış, Qubadlının iqtisadi və sosial həyatı ağır zərbə almışdır.
Zaur Şükürovun sözlərinə görə, Qubadlının işğal dövründə üzləşdiyi problemlərdən biri də ərazidə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi idi. Xaricdən gətirilmiş ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi beynəlxalq humanitar hüququn prinsiplərinə zidd idi. İşğalçı dövlətin öz mülki əhalisinin işğal olunmuş əraziyə köçürülməsi 1949-cu il tarixli Cenevrə Konvensiyasının IV Konvensiyasının 49-cu maddəsi ilə qadağan olunur. Xaricdə yaşayan ermənilərin vəsaiti hesabına Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqəsinin salınması da məhz həmin dövrdə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasətinin göstəricisi idi.Qubadlının azadlığına qovuşması Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmuşdur. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusu böyük əzmkarlıq, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirmişdir. Oktyabrın sonlarına doğru Qubadlı istiqamətində aparılan hərbi əməliyyatlar xüsusilə mürəkkəb xarakter almışdı. Düşmən şəhərdə və ətraf ərazilərdə möhkəm müdafiə mövqeləri qurmuş, strateji yüksəkliklərdə hərbi qüvvələr yerləşdirmişdi. Bu səbəbdən şəhərin azad edilməsi üçün ilk növbədə yüksəkliklərin və ətraf yaşayış məntəqələrinin nəzarətə götürülməsi vacib idi.
Deputat qeyd edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin müdafiə mövqeləri bir-bir sıradan çıxarıldı, strateji əhəmiyyət daşıyan yüksəkliklər və ətraf kəndlər azad edildi. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində əldə olunan hərbi uğurlar Qubadlı şəhərinə doğru irəliləyiş üçün əlverişli şərait yaratdı. 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini işğaldan azad etdi. Noyabrın 9-dək davam edən əməliyyatlar nəticəsində şəhərlə yanaşı, rayonun ümumilikdə 41 kəndi də azadlığına qovuşdu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir, doğma yurdlara qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. Proqramın növbəti mərhələsində yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134 ailənin, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır ki, bu da doğma torpaqlarda həyatın yenidən canlanmasına və bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Z. Şükürov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın həmrəyliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması tariximizin ən əlamətdar hadisələrindən birinə çevrilmişdir. Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə reallaşdırılan lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın dövlətçilik qüdrətini, milli əzmini və qətiyyətini bir daha bütün dünyaya göstərmişdir. Əminik ki, məhz bu uzaqgörən və müstəqil siyasət sayəsində Azərbaycanın beynəlxalq nüfuzu bundan sonra da yüksələcək, regionumuzda davamlı sülhün və tərəqqinin bərqərar olmasına nail olacağıq.
10:49 / 24 Oktyabr 2026
38
10:45 / 24 Oktyabr 2026
37
10:44 / 24 Oktyabr 2026
51
10:42 / 24 Oktyabr 2026
47
10:41 / 24 Oktyabr 2026
105
10:38 / 24 Oktyabr 2026
48
01:32 / 24 Oktyabr 2026
114
23:56 / 23 Oktyabr 2026
99
23:54 / 23 Oktyabr 2026
95
23:51 / 23 Oktyabr 2026
86
23:48 / 23 Oktyabr 2026
92
23:44 / 23 Oktyabr 2026
103
23:30 / 23 Oktyabr 2026
97
23:23 / 23 Oktyabr 2026
107
23:19 / 23 Oktyabr 2026
93
23:13 / 23 Oktyabr 2026
102
23:08 / 23 Oktyabr 2026
98
22:58 / 23 Oktyabr 2026
99
22:44 / 23 Oktyabr 2026
99
22:35 / 23 Oktyabr 2026
91
22:24 / 23 Oktyabr 2026
99
22:10 / 23 Oktyabr 2026
104
21:59 / 23 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.