Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
4419
05.04.2023, 21:59
Bir müddət öncə torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı mediaya müraciət edən Ucar rayonu,Qulabənd kənd sakini Əhmədov Ramil İbrahim oğlu həbs olunub.
Həbs olunan şəxsin yaxınlarının Oxu24.com-a verdiyi məlumata görə, onlara məxsus torpaq sahəsi uzun müddətdir kənddə idman müəllimi işləyən Anar Əhmədov tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu səbəbdən də onlar məhkəməyə və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət ediblər. Mübahisə mövzusu olan torpaq sahəsinin ölçülməsi təyin olunan gün tərəfin şikayəti əsasında Ramil Əhmədov polis tərəfindən saxlanılıb.
Ailənin iddiasına görə,Ramil Əhmədovun saxlanılması sifarişlidir və burada maraqlı tərəf var.
Qeyd edək ki, Ramil Əhmədovla yanaşı mübahisəli torpaq sahəsini almaq istəyən digər rayon sakini İlqar Həsənov də saxlanılıb.Lakin sonradan o sərbəst buraxılıb.
Oxu24.com məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru,polis kapitanı Nizam Həmidovla əlaqə saxlayıb.
DİN rəsmisinin sözlərinə görə,hər iki vətəndaş şikayət əsasında saxlanılıb.
"Cari ilin mart ayının 31-də Ucar rayonu Qulabənd kənd sakini A.Əhmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi R.Əhmədov və rayonun Qarabörk kənd sakini İ.Həsənovla aralarında yaranmış torpaq mübahisəsi ilə bağlı rayon məhkəməsində araşdırmalar olduğunu, lakin sonuncuların onu öldürəcəkləri ilə hədələdiklərini və həmin şəxslərin narkotik vasitə istifadəçiləri olduqlarını barədə məlumat verib.
Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və
tərəflərin izahatları alınıb.
Öz izahatında R.Əhmədov A.Əhmədovla aralarında torpaq məsələsi ilə bağlı mübahisə baş verdiyini, həmçinin narkotik vasitə istifadə etdiyi səmimi etiraf edib. İ.Həsənov da izahatında eyni məsələyə görə A.Əhmədovla aralarında mübahisə düşdüyü, lakin narkotik vasitə istifadəçisi olmadığını bildirib.
Həmçinin oxuyun
Onlar barəsində məhkəmə-narkoloji ekspertizası təyin olunub. Ekspertiza rəyinə əsasən R.Əhmədovun narkotik vasitə istifadə etdiyi, İ.Həsənovun isə istifadə etmədiyi məlum olub.
Müvafiq ekspertizanın rəyindən sonra aparılan araşdırmalar zamanı İ.Həsənov polis şöbəsində uca səslə səs-küy salıb, nalayiq ifadələr işlədib. Bu zaman onun bu əməlinin qarşısı alınıb və barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub. O, qanunvericiliyə uyğun olaraq cərimələnib və daha sonra sərbəst buraxılıb.
R.Əhmədov barəsində isə İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilib. Burada toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar rayon məhkəməsinə təqdim olunub və məhkəmənin qərarı ilə R.Əhmədov 15 sutka həbs edilib.", -deyə rəsmi açıqlamada qeyd edilib.
Hazırladı: Miri Məcidli
21:54 / 14 Dekabr 2025
9
21:51 / 14 Dekabr 2025
11
21:45 / 14 Dekabr 2025
29
21:33 / 14 Dekabr 2025
43
20:58 / 14 Dekabr 2025
142
20:50 / 14 Dekabr 2025
75
20:16 / 14 Dekabr 2025
659
19:55 / 14 Dekabr 2025
81
19:50 / 14 Dekabr 2025
46
19:36 / 14 Dekabr 2025
49
19:27 / 14 Dekabr 2025
163
19:22 / 14 Dekabr 2025
80
18:57 / 14 Dekabr 2025
2647
17:55 / 14 Dekabr 2025
873
16:45 / 14 Dekabr 2025
1309
15:41 / 14 Dekabr 2025
982
15:09 / 14 Dekabr 2025
98
14:56 / 14 Dekabr 2025
200
14:08 / 14 Dekabr 2025
2285
13:58 / 14 Dekabr 2025
123
13:27 / 14 Dekabr 2025
134
13:18 / 14 Dekabr 2025
110
13:09 / 14 Dekabr 2025
156
12:54 / 14 Dekabr 2025
590
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.