Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85678
az

Saxta xəritə tərtib edib vətəndaşın torpağını  əlindən aldılar - UCARDAN ŞİKAYƏT VAR

12:2127 Mart, 2023
6654
ŞİKAYƏTLƏR
  • A

Ucar rayonu Qulabənd kənd sakini Əhmədov Ramil İbrahim oğlu  ona məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi və saxta xəritənin tərtib edilməsi şikayəti ilə Oxu24.com  saytına müraciət edib.

  Kənd sakini  bildirib ki,  Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi  vəzifə səlahiyyətindən sui-istifadə edərək onlara  qarşı qanunsuzluq etmək istəyir.

"Bizim ailəyə Əhmədov Ramil İbrahim oğluna, Əhmədova Rəhilə Mirsaab qızına, Əhmədov Seymur İbrahim oğluna, Əhmədov Elçin İbrahim oğluna, Əhmədova Könül İbrahim qızına  JN-194, KOD 90408018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ucar rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1997-ci il tarixli qərarı ilə Ucar rayonunun Qulabənd kəndində 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi pay verilib.

 


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri  publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi tərəfindən  4.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrndə çıxarışla rəsimləşdirilib.Ancaq plan və ölçü (texniki pasport) sənədinin verilməsindən isə imtina edilir.


Əsas kimi isə qeyd edilir ki, mübahisə olduğu üçün məhkəməyə müraciət edilməlidir.Buna görə biz məhkəməyə müraciət etmişik hazırda iş Şəki İnzibati Məhkəməsinin icraatındadır.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin rəisi Qərib Həsənov bizə bildirdi və elektron bazada həmçinin göstərdi ki, sizə məxsus 4.12 ha torpaq sahəsinin müəyyən hissəsi qonşu tərəfindən zəbt edilib.Hətta biz həmin elektron bazada olan sxemi əldə etmişik.Bundan bir ay sonra Qərib Həsənov məni çağırıb dedi ki, yuxarıdan tapşırıq var mən elekton bazada düzəliş etməliyəm ki, qonşu Əhmədov Anar Nizam oğlu sizin torpağı zəbt etməyib.

Mən bunun qanunsuzluq olmasını Qərib Həsənova dedikdə o mən neynim Anar Əhmədov çox şikayət edir, yuxarıdan tapşırıq verilib ki, nə edirsiniz edin elektron bazada düzəliş edib Anar Əhmədovun xeyrinə həll edin.Buna görə də elektron bazada qanunsuz saxtakarlıq aparılaraq bizim torpağı illərlə əkilməyən yararsız şoran sahəyə sürüşdürüblər.
Bu açıq-aşkar qanunsuzluqdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi və baş idarədə kimdirsə bizə qarşı edir.
Bunu təsdiq edən konkret və mötəbər sübutlar var.Buna görə Əmlak Məsələləri Dövlət Komitəsindən nümayəndələr göndərilməli yerində bizim iştirakımızla araşdırma aparılıb qanunu tədbir görülməlidir."
 


Qeyd edim ki, türklər tərəfindən hazırlanmış elekton kadastr planında bizə məxsus 4.12 ha torpaq sahəsi düzgün qeyd edilib bazaya otuzdurulub.Ancaq Qərib Həsənov vəzifəsindən sui-istifadə edərək elktron bazada saxtakarlıq edib torpaq sahəmizi əkilməyən yararsız şoran sahəyə sürüşdürülüb..Buna görə şikayət ərizəmin Bakıdan ezam olunmuş mütəxəsislər tərfindən müasir aparatlar vasitəsi ilə ölçülməli obyektiv həqiqiətin üzə çıxarılamsı üçün qanunu tədbirlər görülməlidir.
 

(Sonradan saxtalaşdırılmış xəritə-sxem)


Oxu24.com vətəndaşın iddiaları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbəri Qərib Həsənovla əlaqə saxlayıb. Onun sözlərinə görə, hər iki tərəflə dəfələrlə  görüşlər təşkil ediblər.

"Qeyd olunan problemlə bağlı bizə dəfələrlə müraciət ediblər.Biz də görüşlər təşkil etmişik.Saxta xəritə iddiasına isə cavab olaraq bildirirəm ki, mən xəritə çəkmirəm. O işdən də xəbərim yoxdur",- deyə idarə rəisi bildirib.

Oxu24.com şikayətdə adı hallanan qarşı tərəf Anar Əhmədovla da əlaqə saxlayıb.

Anar Əhmədov qonşunun torpağına az miqdarda girdiyini etiraf etsə də,problemin o tərəfindən həll olunmalı olmadığını bildirib.

"Mənim əlimdə texniki çıxarış var.Uzun müddətdir ki,həmin sənədlə torpağımı əkirəm.Həmin şəxsin torpağından çox az bir hissə mənim tərəfə düşüb.Qalan böyük hissə isə başqa adamın yerində qalıb.Getsinlər problemlərini özləri həll etsinlər.",- deyə Anar Əhmədov bildirib.

Oxu24.com məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə jurnalist sorğusu ünvanlayıb.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO