Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya - Bu qədər tutulacaq
14 Oktyabr 2026, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
670
14.12.2025, 13:58
Alimlər dünyanın ən çətin çatılan nöqtələrindən biri hesab olunan Şərqi Antarktika buz kütlələrinin altına daxil olaraq ilk dəfə birbaşa ölçmə aparmağı bacarıb. Buzlaqların altında uzun müddət hərəkət edən sualtı tədqiqat aparatı Arqonun çətin və tarixi səyahəti düz 2,5 il davam edib.
Tədqiqatçılar Arqonu buzları deşərək keçəcək şəkildə proqramlaşdırmışdı, amma hər gün "Geri qayıda biləcəkmi?" sualını özlərinə verməkdən də çəkinmirdilər. Nəticədə Arqonun uğuru bütün sualların cavabını verdi. Aparat Denman və Shackleton buz kütlələrinin altından nadir məlumatlar göndərə bildi.
Avstraliyanın milli elmi qurumu CSIRO bu tədqiqatın iqlim elmi baxımından dönüş nöqtəsi olduğunu açıqladı. Müstəqil aparat 2,5 il boyunca təxminən 300 kilometr buzlu sularda hərəkət edərək temperatur, duzluluq, təzyiq, oksigen, pH və nitrat səviyyələri haqqında yüzlərlə hesabat göndərdi.
Argo-nun ən vacib kəşfləri isə Shackleton buz kütləsinin nisbətən stabil olduğunu təsdiqləmək və Denman buzlağının ciddi təhlükə altında olduğunu göstərmək oldu.
Alimlər bildirir ki, Denman buzlağı sürətlə əriməyə davam edərsə, dünya üzrə dəniz səviyyəsi tək başına 1,5 metrə qədər yüksələ bilər, bu isə qlobal miqyasda sahil şəhərləri üçün "yox olma" təhlükəsi deməkdir.
Tədqiqatçılar qeyd edir ki, buz kütlələrinin altındakı təxminən 10 metrlik incə okean təbəqəsi ərimə sürətini müəyyən edən ən kritik zonadır./Milli.Az
11:48 / 14 Oktyabr 2026
11
11:46 / 14 Oktyabr 2026
27
11:45 / 14 Oktyabr 2026
32
11:33 / 14 Oktyabr 2026
30
11:33 / 14 Oktyabr 2026
71
11:22 / 14 Oktyabr 2026
48
11:21 / 14 Oktyabr 2026
69
11:09 / 14 Oktyabr 2026
80
11:07 / 14 Oktyabr 2026
57
11:00 / 14 Oktyabr 2026
74
10:59 / 14 Oktyabr 2026
61
10:59 / 14 Oktyabr 2026
66
10:49 / 14 Oktyabr 2026
86
10:42 / 14 Oktyabr 2026
62
10:42 / 14 Oktyabr 2026
236
10:36 / 14 Oktyabr 2026
1511
10:33 / 14 Oktyabr 2026
57
10:28 / 14 Oktyabr 2026
63
10:27 / 14 Oktyabr 2026
191
10:21 / 14 Oktyabr 2026
59
10:14 / 14 Oktyabr 2026
74
10:04 / 14 Oktyabr 2026
72
09:57 / 14 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.