Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2739
14.12.2025, 08:58
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov cərimələnib.
Oxu24.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, sözügedən qurum tərəfindən xaricdən gətirilən məhsullara görə xidmət tərəfindən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcu, əlavə dəyər vergisi və idxal rüsumu ödənilməyib.
Xidmətin rəisi Əkrəm Qəhrəmanovun nümayəndəsi məhkəmədə bildirib ki, 11-12 noyabr 2024-cü il tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının (COP29) Bakı şəhərində keçirilməsi ilə bağlı aparılan hazırlıq işləri çərçivəsində, Bakı buxtasının dənizkənarı bulvar ərazisində sahilyanı ərazilərin neftlə çirklənməsinin mühafizəsi, dənizdə neft dağılmalarına hazırlığın təmin olunması və bu sahədə müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə işçi katerlərin və neftyığan avadanlıqların alınması ilə bağlı Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən 16 199 497.03 manat vəsaitin ayrılmasına göstəriş verilib. Sözügedən məbləğdə müvafiq avadanlıqlar xarici ölkələrdən alınaraq ölkəyə gətirilib.
O əlavə edib ki, amma indiyədək Maliyyə Nazirliyi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə 13 429 414.57 manat vəsait köçürülüb. Nazirlər Kabinetinin müəyyən etmiş olduğu vəsait Maliyyə Nazirliyi tərəfindən Xidmətin hesabına tam köçürülmədiyindən müəyyən çətinliklər yaranıb. Nəticədə gömrük borcunun, əlavə dəyər vergisi, idxal rüsumu, gömrük yığımının ödənilməsi mümkün olmayıb. Nümayəndə bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 150 manatdan 250 manatadək, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.