Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub

2023/03/31/1680248757_ce30e21b-cd83-3cda-beb6-8eb8b2d89db1_850.jpg

ŞİKAYƏTLƏR

2668

31.03.2023, 11:44

Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36 000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar. Araşdırma aparılır.