"Şərurlu İsfəndiyar"dan şikayət bitmir — 39 min dolları və evi əlindən çıxan vətəndaş faktları açıqladı (VİDEO)
01 May 2025, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
3598
25.11.2021, 11:00
"Elza Seyidcahan məhkəmə qərarının tələb etdiyi pulu mənə verməmək üçün müxtəlif böhtanlara əl atır. Onun ağzından nə çıxırsa, hamısı yalandır. Mən pulumu ondan qanunun tələbi qaydasında alacağam”.
Oxu24.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "ELİT SRC GROUP” MMC-nin rəhbəri Rüstəm Kərimzadə Əməkdar artist Elza Seyidcahanın onun ünvanına işlətdiyi ittihamları cavablayarkən deyib.
O bildirib ki, Elza Seyidcahanla arasında olan mübahisəli məsələ ilə bağlı məhkəmə qərarının icra olunması üçün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Ədliyyə naziri Fikrət Məmmədova məktub ünvanlayıb:
"Bütün mübahisəli məsələlər Azərbaycan Respublikasında qanunla tənzimlənir. Qanunla tənzimləyən orqan da Azərbaycan məhkəmələridir. Qanun nə tələb edirsə, onu istəyirik. İttihamı irəli sürən tərəf həm də onu sübut etməlidir. Elza bunu sübut etməlidir ki, doğrudan da biz bunu etmişik. Kimsə istədiyi şeyi deyə bilər, amma onun həm də sübut tərəfi var. Biz onu harda etmişik? Biz sosial şəbəkədə heç bir foto yaymamışıq, müsahibə vermişik. Bizim onunla aramızda mübahisəli məsələ var və bu, məhkəmədə bitib. 2018-ci ildə Azərbaycan Respublikası dövlətinin adından məhkəmə qərar çıxardıb ki, Elza Seyidcahan mənə və mənim təsisçi olduğum şirkətə 58797 min manat pul ödəməlidir. Apelyasiya və Ali Məhkəmə bu qərarı təsdiqləyib. Elza xanım bu pulu ödəməmək üçün 3 ildir ki, hər varianta əl atır. İcra sənədi 2018-ci il iyun 5-dən bu yana hələ icra olunmayıb. Gedib icraçı ilə əlbir olur, onlara nə vasitələrlə təzyiq edirsə, bu qərar icra olunmur, əksinə şər-böhtanla məşğul olur. Yaxın vaxtlar anası ilə əlbir olaraq mənə şər atdı, guya mən onlara fiziki təzyiq etmişəm. Nəsimi Rayon Məhkəməsi barəmdə 30 sutka inzibati həbs qərarı verdi və Apelyasiya Məhkəməsi 5 gün sonra məni azadlığa buraxdı”.
Rüstəm Kərimzadə deyir ki, qarşı tərəf məhkəmə qərarında göstərilən pulu ödəməmək üçün dayanmadan ona şər atır:
Həmçinin oxuyun
"Mən başa düşə bilmirəm ki, bu adamla neyləyim? Dövlət bu adamla bacarmır. Dövlətin çıxardığı qərara bu adam hörmətlə yanaşmır. Məhkəmə qərarı var, 2018-ci ildə verilib və bildirilib ki, dərhal icra olunsun. 3 ildir ki, icra olunmur. Elza kimdir ki, qanunu, məhkəmələri saymır? Neynəyək ki, müğənnidir, müğənni olmur, kim olur-olsun qanun hamı üçündür. Qanunun icrasına mane olmaq birbaşa cinayət məsuliyyətdir. 3 ildir ki, onu qərarı icra etmədiyinə görə cinayət məsuliyyətinə də cəlb eləmirlər. Onu kim müdafiə edir, kimdir onun arxasında duran? Kimdir onu dövlətin qanunundan, məhkəmənin qərarından üstün sayan? Bunu başa düşə bilmirəm”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan televiziya verilişlərinin birində anasına məxsus obyektdə yaşanan qalmaqalla bağlı sosial şəbəkədə ünvaına qeyri-etik ifadələr işlədildiyini deyib:
"Anama qarşı təhqirlər, təzyiqlər var. Gəlirəm ki, qızım, anam ağlayır, təzyiq edilir. Evimdən arxayın deyiləm. Evin kişisi, qadını, qulluqçusuyam. Necə evimdən arxayın olmadan tədbirə gedim? Məhkəmə qərar verib ki, guya biz 57 min borcluyuq. Bunu necə ediblər, bilmirik. Nə bizi dindiriblər, nə şahid var. Amma qanun qarşısında nə edək? Mənim fotolarımı sosial şəbəkədə yayır, Azərbaycan qadınına, tərbiyəmə, şəxsiyyətimə ləkəli sözlər deyirlər". Sənətçi bunu edən şəxsin Rüstəm Kərimzadə olduğunu deyib.
Xatırladaq ki, Bəstəkar Elza Seyidcahanın anası və qızı ilə "ELİT SRC GROUP” MMC-in rəhbəri Rüstəm Kərimzadə arasında mübahisəli məsələ yaranıb. Məhkəməyə qədər uzanan mübahisəli məsələdə çıxarılan qərara əsasən müğənni-bəstəkar Elza Seyidcahanın ailəsi qarşı tərəfə 58797 min manat ödəməlidir.
22:01 / 03 May 2025
ŞOK! Türkiyə Netanyahunun Azərbaycana gəlməsinə imkan vermədi
1
21:55 / 03 May 2025
Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
11
21:52 / 03 May 2025
Külək hasarı aşırdı, sürücü öldü - Faciə
5
21:46 / 03 May 2025
Netanyahu Azərbaycana səfərini təxirə saldı
146
21:34 / 03 May 2025
Sürücülərə müraciət edildi
5
21:27 / 03 May 2025
Leysanla bağlı xəbərdarlıq edildi
435
20:53 / 03 May 2025
Bu ölkənin baş naziri 9 may paradda iştirak etməyəcək
31
20:42 / 03 May 2025
Şəmkirdə 26 yaşlı oğlan özünü asdı
32
19:42 / 03 May 2025
6 bal gücündə zəlzələ oldu
36
19:41 / 03 May 2025
Toyda gəlinin bəyə kobud reaksiyası DİQQƏT ÇƏKDİ - VİDEO
91
19:30 / 03 May 2025
Putin: Ölkələrimizin vətəndaşları nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər
42
19:09 / 03 May 2025
Metrodakı problem aradan qaldırıldı - yenilənib
106
18:23 / 03 May 2025
Vladimir Putin İlham Əliyevi təbrik edib
146
18:08 / 03 May 2025
Vuçiçin səhhəti pisləşdi - səfəri təcili ləğv etdi
99
17:50 / 03 May 2025
4 gün ardıcıl iş olmayacaq
135
11:22 / 03 May 2025
Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı
133
10:36 / 03 May 2025
10 nəfər tutuldu
124
10:23 / 03 May 2025
KOB-ların gələcəyi şəbəkə marketlərinin işığında: Ərzaq təhlükəsizliyində müstəsna rol
162
10:02 / 03 May 2025
Xəbərdarlıq! Yollar bağlanır
1640
09:32 / 03 May 2025
Argentina sahillərində güclü zəlzələ oldu - yenilənib
129
09:15 / 03 May 2025
Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO
134
09:00 / 03 May 2025
Rusiya Xarkovu PUA-larla vurdu - onlarla yaralı var
143
08:57 / 03 May 2025
Ramiz Mehdiyevdən 8 milyona satılan villa ilə bağlı - Açıqlama
228
01:12 / 03 May 2025
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
231
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.