Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
05 Oktyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1571
16.12.2025, 20:13
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Oxu24.com xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.
Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir. Anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
Layihədə qeyd olunur ki, qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.
14:34 / 05 Oktyabr 2026
30
14:27 / 05 Oktyabr 2026
29
14:19 / 05 Oktyabr 2026
62
14:09 / 05 Oktyabr 2026
53
13:58 / 05 Oktyabr 2026
110
13:56 / 05 Oktyabr 2026
69
13:53 / 05 Oktyabr 2026
86
13:51 / 05 Oktyabr 2026
63
13:49 / 05 Oktyabr 2026
63
13:45 / 05 Oktyabr 2026
56
13:35 / 05 Oktyabr 2026
74
13:14 / 05 Oktyabr 2026
62
13:09 / 05 Oktyabr 2026
96
13:07 / 05 Oktyabr 2026
116
13:03 / 05 Oktyabr 2026
91
12:54 / 05 Oktyabr 2026
1382
12:51 / 05 Oktyabr 2026
975
12:48 / 05 Oktyabr 2026
56
12:45 / 05 Oktyabr 2026
135
12:45 / 05 Oktyabr 2026
60
12:34 / 05 Oktyabr 2026
2749
12:23 / 05 Oktyabr 2026
439
12:21 / 05 Oktyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.