Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
738
16.12.2025, 15:49
Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib.
Oxu24.com xəbər verir ki, dekabrın 15-i Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində Fond tərəfindən nəşr olunmuş “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın rəsmi təqdimatı baş tutub, eyni zamanda dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil olunub. Kitab oxuculara 3 dildə (azərbaycan, rus, ingilis dili) təqdim olunub.
Tədbirin məqsədi Memar Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki müstəsna yerini, Azərbaycan memarlıq məktəbinin universal dəyərini və Türk dünyasının mədəni irsə verdiyi töhfəni beynəlxalq auditoriyaya bir daha nümayiş etdirmək olub.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin 15 dekabr — Ümümdünya Türk Dili Ailəsi Günü ilə əlaqədar keçirildiyini qeyd edərək, bunun rəmzi əhəmiyyətini vurğulayıb. O, Əcəmi Naxçıvaninin yaradıcılığını Türk dünyasının intellektual və mənəvi irsinin parlaq təcəssümü kimi yüksək qiymətləndirib, onun memarlıq əsərlərinin yüksək texniki ustalığı, fəlsəfi dərinliyi və mədəni kimliyi özündə birləşdirdiyini bildirib. Həmçinin yubiley tədbirinin UNESCO çərçivəsində keçirilməsinin bu irsin dəyərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyən məqam kimi qeyd edilib.
Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Elman Abdullayev, UNESCO-nun Baş direktorunun Mədəniyyət Məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, Azərbaycan Memarlar İttifaqının katibi Rasim Babakişiyev, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli tədbir çərçivəsində çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri, Müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, UNESCO rəsmiləri, Fransada akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, iştirak ediblər.
Tədbir təntənəli şəraitdə keçirilib, mədəni irsin qorunması və təbliği sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyib.
14:25 / 15 Noyabr 2026
1
14:19 / 15 Noyabr 2026
39
14:02 / 15 Noyabr 2026
159
13:27 / 15 Noyabr 2026
177
12:55 / 15 Noyabr 2026
1037
12:36 / 15 Noyabr 2026
283
12:28 / 15 Noyabr 2026
121
12:11 / 15 Noyabr 2026
119
11:52 / 15 Noyabr 2026
172
11:43 / 15 Noyabr 2026
112
11:29 / 15 Noyabr 2026
127
11:20 / 15 Noyabr 2026
115
11:20 / 15 Noyabr 2026
123
11:10 / 15 Noyabr 2026
116
11:07 / 15 Noyabr 2026
705
10:50 / 15 Noyabr 2026
123
10:25 / 15 Noyabr 2026
276
10:21 / 15 Noyabr 2026
120
10:18 / 15 Noyabr 2026
118
10:12 / 15 Noyabr 2026
145
09:35 / 15 Noyabr 2026
532
07:35 / 15 Noyabr 2026
246
05:50 / 15 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.