Evdə ayaqyalın gəzməyin
05 Avqust 2026, 02:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
659
16.12.2025, 17:26
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir.
Oxu24.com xəbər verir ki,bu müəssisələrdən 1-i Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, 1-i ambulator reabilitasiya məntəqəsi – RehaPoint, 15-i isə reabilitasiya mərkəzidir.
Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir.
Hazırda biz Xaçmaz Reabilitasiya Mərkəzindəyik. Bu mərkəz 14 çarpayılıq stasionar tutuma malikdir və burada vətəndaşlara, əlilliyi olan şəxslərə ambulator, stasionar, eyni zamanda telereabilitasiya, səyyar və icma əsaslı reabilitasiya xidmətləri təqdim olunur.
Qeyd edim ki, cari ilin 11 ayı ərzində Xaçmaz Reabilitasiya Mərkəzində 5 000-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilmişdir. Eyni zamanda, Xaçmazla yanaşı, ölkənin müxtəlif regionlarında – Lənkəran, Şirvan, Yevlax, Naftalan, Qəbələ, Şəmkir və Şəki şəhərlərində də eyni tipli reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Cari ilin 11 ayı ərzində həmin mərkəzlərdə ümumilikdə 130 000-dən çox əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunmuşdur.
Bu mərkəzlərdə reabilitasiya xidmətlərinin effektivliyinin artırılması məqsədilə kompleks yanaşma tətbiq edilir. Ənənəvi reabilitasiya üsulları ilə yanaşı, beynəlxalq təcrübədə effektivliyi sübut olunmuş müasir və alternativ metodlardan da istifadə olunur. Bunlara yoqa terapiyası, art-terapiya, hipoterapiya (atla müalicə) və rəqs terapiyası kimi xidmətləri nümunə göstərmək olar.
Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə cari ildə yeni “RehaBus” nəqliyyat xətti istifadəyə verilmişdir. Bu xidmət çərçivəsində Gəncə və Şəmkir regionlarında yaşayan, nəqliyyat problemi olan əlilliyi olan şəxslər müəyyən edilmiş dayanacaqlardan götürülərək Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Reabilitasiya xidməti müddətində avtobus mərkəzdə gözləyir və xidmət başa çatdıqdan sonra vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Hazırda iki istiqamət üzrə RehaBus xətti fəaliyyət göstərir.
Qeyd edim ki, 2026-cı il üçün əsas hədəflərimiz reabilitasiya xidmətlərinin əlçatanlığının daha da artırılması, beynəlxalq təcrübənin mütəmadi şəkildə araşdırılması və ən yaxşı təcrübələrin reabilitasiya mərkəzlərində tətbiqidir. Eyni zamanda, infrastrukturun təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ildə də ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
02:26 / 05 Avqust 2026
103
01:44 / 05 Avqust 2026
93
00:41 / 05 Avqust 2026
81
00:31 / 05 Avqust 2026
88
23:55 / 04 Avqust 2026
133
23:45 / 04 Avqust 2026
129
23:10 / 04 Avqust 2026
135
22:02 / 04 Avqust 2026
146
21:57 / 04 Avqust 2026
88
21:38 / 04 Avqust 2026
137
20:43 / 04 Avqust 2026
120
20:35 / 04 Avqust 2026
176
20:20 / 04 Avqust 2026
126
19:47 / 04 Avqust 2026
118
19:30 / 04 Avqust 2026
156
18:53 / 04 Avqust 2026
96
18:49 / 04 Avqust 2026
96
18:37 / 04 Avqust 2026
141
18:23 / 04 Avqust 2026
108
18:09 / 04 Avqust 2026
90
18:00 / 04 Avqust 2026
238
17:35 / 04 Avqust 2026
114
17:30 / 04 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.