Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7007
16.12.2025, 20:53
Deputatlığa namizəd daha bir vəzifəsindən azad edilib.
Oxu24.com xəbər verir ki,Kamran Əsədov ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru vəzifəsindən azad edilib.
Təhsil eksperti kimi tanınan Kamran Əsədov 2024-cü ildə 70 saylı Neftçala seçki dairəsindən müstəqil namizəd olaraq öz namizədliyimi irəli sürmüşdü.
Bakalavr təhsilini Bakı Dövlət Universitetinin Tarix ixtisasında, magistratura təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk Dünyası Tarixi ixtisasında alıb.
Sonralar magistratura üzrə ADA Universitetinin Təhsilin İdarəolunması ixtisasını, Doktorantura üzrə Bakı Dövlət Universitetinin Vətən Tarixi ixtisasını bitirib.
Kamran Əsədovun əmək fəaliyyəti:
2004–2008: “Zirvə” kursu – Direktor müavini, tarix müəllimi;
– 2008: “Hədəf” kursu – Tarix müəllimi;
– 2009–2015: Səbail rayonu 51 saylı orta məktəb - Tarix müəllimi;
– 2011–2015: Bakı Dövlət Universiteti -Tarix müəllimi;
– 2014–2018: “İrəli” hazırlıq kursu - Direktor, tarix müəllimi;
– 2016–2024: Təhsil Araşdırmaları Mərkəzinin direktoru;
– 2019–2021: Qərbi Kaspi Universiteti - Tarix müəllimi;
– 2019–2023: “Kamal” kursu - Direktor, tarix müəllimi;
– 2024–2025: ADPU - Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru;
– 2025 - 20 gün əvvəl sədr seçilən
Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri olan Kamran Əsədov bu gün vəzifəsindən azad olub.
Qeyd edək ki, tanınmış təhsil eksperti Kamran Əsədova bir neçə gün bundan əvvəl cinayət işi açılıb.
Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Hazırladı: Nigarxanım
14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.