İcarəyə götürülən torpaq sahəsi necə özəlləşdirilə bilər?
12 Mart 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
679
16.12.2025, 19:58
2026-cı ildən etibarən Azərbaycanın regionlarında və paytaxtda icra hakimiyyətlərinin mərkəzi aparatında, eləcə də icra nümayəndəliklərində ciddi ixtisarların olacağı deyilir. Məlumata görə, həm paytaxtda, eləcə də respublikanın rayonlarında icra hakimiyyətlərinin mərkəzi aparatları və yerli nümayəndəliklərində idarəetmənin daha çevik və səmərəli qurulması məqsədilə strukturun yenidən formalaşdırılması nəzərdə tutulur. Bu dəyişikliklərin hansı mərhələlərlə həyata keçiriləcəyi, ixtisarların hansı prinsiplər əsasında aparılacağı və prosesin sosial təsirləri əsas suallar sırasında yer alır. Xüsusilə struktur birləşmələri fonunda hansı kateqoriya əməkdaşların risk qrupunda olacağı da maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev struktur dəyişikliklərinin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət idarəçiliyi dəyişən çağırışlara uyğunlaşmalı, mütəmadi olaraq struktur dəyişiklikləri baş verməlidir. Ancaq əsas sual budur: bu dəyişikliklər idarəetməni doğrudan da yaxşılaşdıracaqmı, yoxsa sadəcə ştatların azaldılması ilə məhdudlaşacaq?
“Son illərin təcrübəsi göstərir ki, bəzi hallarda struktur islahatları real funksional təhlilə deyil, formal optimallaşdırmaya söykənir. Hətta optimallaşdırma adı altında aparılan dəyişikliklərin tam əks nəticələr verdiyi, yeni strukturların yaradıldığı və ştatların daha da artdığı hallarla da rastlaşmışıq. Bu isə dövlət üçün əlavə yük yaradır və qənaətlilik prinsipinə ziyan vurur.
Ona görə də struktur dəyişiklikləri aparılarkən bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Hər bir vəzifənin real funksiyası, icra yükü və zəruriliyi araşdırılmadan sadəcə struktur sxeminin dəyişdirilməsi yolverilməzdir. Bu, çox təhlükəli yanaşmadır. Nəticədə işlək mexanizmlər zəifləyə, problemli sahələr isə başqa adlar altında mövcudluğunu davam etdirə bilər”.
Hüquqşünas həmçinin vurğulayıb ki, digər ciddi məqam isə seçim meyarları ilə bağlıdır:
“Cəmiyyətdə ən çox maraq doğuran sual da məhz budur ki, kimlər qalacaq, kimlər gedəcək? Əgər bu proseslərdə peşəkarlıq, yerli idarəetmə təcrübəsi və vətəndaşlarla işləmək bacarığı əsas meyar olmayacaqsa, islahatların legitimliyi ciddi şəkildə sual altına düşəcək. Xüsusilə, regionlarda illərlə çalışan, yerli problemləri yaxşı bilən kadrların mexaniki şəkildə ixtisara salınması idarəetmədə real boşluqlar yarada bilər.
Bu səbəbdən proseslər ciddi monitorinq altında aparılmalı, ictimai rəy öyrənilməli və ictimaiyyətin iştirakı təmin olunmalıdır. Vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı həm ixtisarların aparılmasında, həm də kimlərin qalacağı, kimlərin gedəcəyi ilə bağlı qərarlarda mühüm rol oynaya bilər. İnsan faktoruna, işin necə və hansı formada icra edildiyinə diqqət yetirilməlidir”.
Həmçinin oxuyun
O, eyni zamanda əlavə edib ki, sözügedən məsələlərdə sosial aspekt də diqqətdən kənarda qalmamalıdır:
“Rayon icra hakimiyyətləri təkcə inzibati strukturlar deyil, eləcə də bölgələrdə sosial sabitliyin mühüm elementidir. Alternativsiz və düşünülməmiş ixtisarlar işsizliyin artmasına, yeni iqtisadi mühitin zəifləməsinə və dövlətlə vətəndaş arasında psixoloji məsafənin yaranmasına səbəb ola bilər. Buna görə ixtisarlar mütləq şəkildə yenidən yerləşdirmə, təlim və digər məşğulluq mexanizmləriylə müşayiət olunmalıdır.
Digər bir risk struktur birləşmələrinin yerli idarəetmədə həddindən artıq mərkəzləşməyə gətirib çıxarmasıdır. Əgər qərarvermə tam şəkildə mərkəzə cəmlənərsə, rayonların spesifik problemlərinin nəzərə alınması çətinləşəcək. Bu halda dövlətlə vətəndaş arasında birbaşa təmas da zəifləyir. Yerli səlahiyyətlər azaldılırsa, onların yerini tutacaq alternativ mexanizmlər cəmiyyətə aydın şəkildə təqdim olunmalıdır”.
Ə.Nuriyev onu da qeyd edib ki, bu prosesi nə həddindən artıq tərifləmək, nə də tamamilə rədd etmək doğrudur:
“İslahatlar qaçılmazdır, lakin onlar ölçülü-biçili, şəffaf meyarlarla aparılmalı və ən əsası, insan amili nəzərə alınmalıdır. Bu prinsiplər qorunarsa, struktur dəyişiklikləri doğrudan da, daha çevik, daha səmərəli və vətəndaşa yaxın idarəetmə modelinin formalaşmasına xidmət edə bilər. Əks halda isə proses uzunmüddətli nəticələrdən çox, qısa statistik göstəricilərlə yadda qala bilər”.
Hüquqşünas hesab edir ki, yerli icra hakimiyyəti strukturlarında köklü islahatlara ehtiyac var və bunun üçün konstitusion dəyişikliklər mühüm əhəmiyyət daşıyır:
“Yerli idarəetmənin səviyyəsi regional səviyyəyə qaldırılmalı, səlahiyyətlər daha geniş şəkildə yerli strukturlara verilməlidir. Bu, həm dövlətin yükünü azaldar, eyni zamanda da yerli vəzifəli şəxslərin məsuliyyətini artırar.
Bu istiqamətdə dəyişikliklərin zəruri olduğu artıq görünür və bununla bağlı müxtəlif siqnallar da mövcuddur. Prezidentin xüsusi səlahiyyətli nümayəndəlik institutunun tətbiqi idarəetmədə yeni formaların və yeni məzmunun formalaşdığını göstərir. Böyük ehtimalla, gələcək islahatlar da məhz bu istiqamətdə davam edəcək”,- deyə Ə.Nuriyev qeyd edib.
07:29 / 13 Mart 2026
1
23:54 / 12 Mart 2026
282
23:52 / 12 Mart 2026
189
23:48 / 12 Mart 2026
119
23:33 / 12 Mart 2026
1299
23:17 / 12 Mart 2026
117
23:07 / 12 Mart 2026
103
22:52 / 12 Mart 2026
127
22:45 / 12 Mart 2026
123
22:27 / 12 Mart 2026
121
22:25 / 12 Mart 2026
105
22:22 / 12 Mart 2026
90
22:10 / 12 Mart 2026
119
22:05 / 12 Mart 2026
119
22:00 / 12 Mart 2026
180
21:55 / 12 Mart 2026
6721
21:52 / 12 Mart 2026
160
21:49 / 12 Mart 2026
104
21:38 / 12 Mart 2026
295
21:33 / 12 Mart 2026
122
21:24 / 12 Mart 2026
127
21:20 / 12 Mart 2026
132
21:05 / 12 Mart 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.