Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
12277
08.07.2021, 10:18
İşdən çıxarılan Azərsu ASC əməkdaşı hüquqlarının pozulması iddiası ilə mətbuata müraciət edib.
Oxu24.com xəbər verir ki,Azərsu ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi Avtomatika və metrologiya şöbəsi Səbail SKİ üzrə Suölçən cihzların quraşdırılması,təmiri və istismara nəzarət qrupunun çilingəri Əliyev Sahib İdris oğlu iddia edib ki, onun işdə hüquqları pozulub və qanunsuz olaraq işdən çıxarılıb.
Saytımıza müraciət edən keçmiş Azərsu əməkdaşı daxildə baş verən bir sıra nöqsanların detallarını açıqlayıb.
“ Mən Azərsu ASC-nin Səbail Rayon İdarəsinin çilingəri vəzifəsində 2011-ci ildən təmirçi-çilingər vəzifəsində işləyirdim. İşlədiyim illərdə hər zaman nizam-intizamlı işçi olmuşam. Amma son illərdə Azərsu daxilində müəyyən hadisələr baş verdi. Abanentlərə sayğac qoyulan zaman idarə tərəfindən lazım olan materiallar verilmirdi. Bizə deyirdilər ki, lazım olan materialları abanentlərin hesabına alın. Belə olan halda işdə müəyyən çatışmazlıqlar yaranırdı.
İdarə materialı vermədiyi halda abanentin hesabına material almalı olurduq. Həmin materialları isə rəhbər işçilər idarənin guya bazasında olan material kimi sənədlərə işlənirdi. Bu cür qaranlıq əməllərin zərbəsini isə sıravi işçilər çəkir. Rəhbərlik tərəfindən mənə iki dəfə töhmət yazıldı. Səbəbsə,material çatışmazlığı idi. Mənə o vaxt töhmət yazılanda səbəbi deyilməmişdi. Son günlər araşdırma apardım və məlum oldu ki, mənə yazılan töhmətin səbəbi material çatışmazlığı imiş. İdarədən material verilməli olduğu halda verilməyibsə, günah sıravi işçidədirmi? Bu suala Azərsu rəhbərliyindən cavab gözləyirəm.Bu gün mənim işdən çıxarılmağımın kökündə mənə qanunsuz olaraq verilən töhmətlər dayanır.
İşdən çıxarılan Azərsu ASC əməkdaşı bildirib ki, sonuncu dəfə baş vermiş hadisə zamanı onu aktla işdən çıxarıblar.
“Bu ilin yanvarında abanentin sayğacında problem yarandı. Mənə zəng edib,ona kömək etməyimi xahiş etdi. Abanentin obyektinə yaxınlaşdım,sayğacı müvvəqqəti birləşmə etdim ki, obyekt susuz qalmasın və narazılıq yaranmasın. Bizə rəhbərlik şifahi tapşırıq vermişdir ki, harada sayğacda problem yaranarsa,yerindəcə həll edin ki, abanent narazı qalmasın. Daha sonra biz sərfiyyatı normativə uyğun qaydada verirdik. Belə olan halda su itkisi də olmurdu. Mən də eyni qayda ilə abanentin sayğacını xəttin üzərindən çıxardım və suyun verilməsini təmin etdim.
Bu hadisəyə görə məni Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə məni işdən çıxardılar. Bu gün əmək kitabçam korlandığı üçün məni heç yerdə işə götürmürlər. Özüm 3 uşaq atasıyam və ailədə məndə başqa yaşlı valideynlərim və kiçik qardaşım var. Məni bu maddə ilə işdən çıxarıblar və əmək kitabçam korlandığı üçün işə də düzələ bilmirəm. Mən Azərsu rəhbərliyindən məsələ yenidən araşdırılsın və mənim orada heç bir maddi marağım olmamasının sübut olunduğunu nəzərə alaraq məni işə bərpa etsinlər.
Sahib Əliyev onu da qeyd edib ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcək.
Həmçinin oxuyun
Oxu24.com məsələ ilə bağlı Azərsu ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, həmin şəxs işində olan ciddi nöqsanlara görə işdən azad olunub.
"Əgər,işçi yenidən işə bərpa olunmağını tələb edirsə,o zaman məhkəməyə müraciət edə bilər", deyə mətbuat katibi qeyd edib.

00:36 / 17 Dekabr 2025
10
00:32 / 17 Dekabr 2025
16
00:24 / 17 Dekabr 2025
26
23:40 / 16 Dekabr 2025
371
23:04 / 16 Dekabr 2025
578
22:25 / 16 Dekabr 2025
58
22:19 / 16 Dekabr 2025
323
22:05 / 16 Dekabr 2025
71
20:53 / 16 Dekabr 2025
618
20:13 / 16 Dekabr 2025
763
20:07 / 16 Dekabr 2025
319
20:05 / 16 Dekabr 2025
269
19:58 / 16 Dekabr 2025
142
19:53 / 16 Dekabr 2025
96
18:06 / 16 Dekabr 2025
2090
17:55 / 16 Dekabr 2025
103
17:51 / 16 Dekabr 2025
108
17:39 / 16 Dekabr 2025
4775
17:35 / 16 Dekabr 2025
136
17:26 / 16 Dekabr 2025
100
17:23 / 16 Dekabr 2025
112
16:39 / 16 Dekabr 2025
110
16:00 / 16 Dekabr 2025
176
15:56 / 16 Dekabr 2025
125
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.