Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
5659
24.03.2021, 10:11
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dostu, sabiq deputat Çingiz Əsədullayevin yaxın adamları hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda mənimsəmədə ittiham edilirlər.
Oxu24.com xəbər verir ki, "AĞBank" ASC-də külli miqdarda mənimsəmədə təqsirli bilinən vəzifəli şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır. Onlar Ruslan Quliyev, Pərviz Fərzəliyev və Namiq Həmidovdur. Məhkəmə araşdırması hakim Azər Paşayevin sədrliyi ilə davam edir.
Məlumata görə, Namiq Həmidov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Adı çəkilən üç şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Onların "AĞBank" ASC-nin 2012-2016-cı illər ərzində vəzifəli şəxslər olublar. Bu müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək “AG Bank” ASC-yə ciddi maddi ziyan vurublar.
Həmçinin oxuyun
Onların tamah məqsədi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Hər üç şəxs barəsində həbs qətimikan tədbiri seçilib. Onlar ümumilikdə, 536 min 428 manat mənimsəmədə təqsirli bilinir.
Qeyd edək ki, “AGBank”ın rəhbəri Çingiz Əsədullayevdir. Əsədullayev Ağdaş seçki dairəsinin deputat idi. Eldar Mahmudov işdən çıxarılandan soran Əsədullayev də mandatını itirdi.
00:04 / 14 Dekabr 2025
5
23:47 / 13 Dekabr 2025
185
23:44 / 13 Dekabr 2025
21
23:30 / 13 Dekabr 2025
28
22:45 / 13 Dekabr 2025
162
22:30 / 13 Dekabr 2025
78
22:28 / 13 Dekabr 2025
88
22:22 / 13 Dekabr 2025
83
22:11 / 13 Dekabr 2025
173
21:58 / 13 Dekabr 2025
341
21:34 / 13 Dekabr 2025
908
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
95
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
337
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
590
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1035
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.