"Şərurlu İsfəndiyar"dan şikayət bitmir — 39 min dolları və evi əlindən çıxan vətəndaş faktları açıqladı (VİDEO)
01 May 2025, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
8112
26.02.2021, 19:53
Tanınmış teleaparıcı və jurnalist Ramal Dövran “KONTAKT HOME” mağazalar şəbəkəsinin fəaliyyətindən narazıdır və hüquqlarının pozulduğunu iddia edir.
Oxu24.com xəbər verir ki, Bu barədə KONKRET.az-a Ramal Dövran özü məlumat verib. Onun sözlərinə görə, adıçəkilən mağaza tərəfindən hüquqları elə pozulub ki, nə məhkəmə, nə də hüquq- mühafizə orqanları vasitəsilə bərpa edə bilir: “Mən başqa bir şəxs üçün öz adıma həmin mağazalar şəbəkəsindən mobil telefon götürmüşəm. Bu telefon “KONTAKT HOME” mağazalar şəbəkəsinin mülkiyyətində deyil və ona heç bir aidiyyəti yoxdur. Telefonu alan zaman mağazalar şəbəkəsinin operatoru ilə danışdım və ondan “məhsulun krediti ödənilməsə, telefonu şəbəkədən bağlatdıra biləcəksiniz” – deyə sual verdim. Mağazanın əməkdaşı isə mənə bunun mümkün olacağını bildirdi. Öz adıma telefon aldığım şəxs bir-iki ay kredit ödənişini etsə də, sonradan problem yarandı. Mən bununla bağlı “KONTAKT HOME” mağazalar şəbəkəsi ilə əlaqə saxladım və telefonun bağlanmasını (rəsmi qaydada) istədim. Bildirdim ki, telefon bağlandıqdan sonra polisə müraciət edib məhsulu geri alaq, bundan sonra ödənişi edim. Normal qaydalara görə, məhsulun krediti tam bağlanmadan alınan mağazanın adında qalır. Lakin “KONTAKT HOME” bunu etməkdən boyun qaçırdı və səbəb kimi həmin telefonun başqasının adına qeydiyyatdan keçdiyini göstərdi”.
Şikayətçinin sözlərinə görə, məhsul aldığı mağazadan ona heç bir kömək edə bilməyəcəklərini deyiblər: “Belə olan təqdirdə onlardan “Sizin olmayan telefon üçün niyə pul istəyirsiniz?”, – deyə soruşdum. Polisə müraciət etdikdə isə mənə telefonun adımda olmadığını, bu səbəbdən də heç bir hüquqi addım ata bilməyəcəyimi dedilər və məsələnin yalnız “KONTAKT HOME” ilə həll olunmasının mümkünlüyünü vurğuladılar. Belə olan halda mən öz hüququmu nə məhkəmədə, nə də polisdə bərpa edə bildim”.
Ramal Dövran deyir ki, əvəzində “KONTAKT HOME” onu məhkəməyə verib. Şikayətçinin iddiasına görə, “KONTAKT HOME”un hər bir məhkəmədə sifarişini yerinə yetirən hakimlər var. Çünki adıçəkilən mağazalar şəbəkəsi daxili kreditlə işləyir. Bu isə rəsmi dövlət sənədi hesab olunmur. Belə olan halda isə məhkəmə və polis heç bir hüquqi addım atmır: “Araşdırma apardım və telefonun imei kodunun “ıPhone Neftçilər” mağazasına aid olduğunu öyrəndim. Həmin mağazada mənə bildirdilər ki, telefonu həqiqətən qeydiyyatdan keçiriblər və satıblar. Qeyd edim ki, Xətai rayon Məhkəməsində işə Mehrəliyev Sərdar adlı hakim baxıb. Mən hakimin qarşısında bütün əsaslarımı gətirdim və suallarım önündə aciz qaldılar. Amma hakim sifariş əsasında iş gördüyü üçün qarşı tərəfdən heç bir sənəd tələb etmədi. Yəni bu telefonun “KONTAKT HOME”a aid olduğunu təsdiqləyən heç bir sənəd istəmədi. Beləliklə, hakim iddiaçı tərəfin lehinə qərar çıxardı və mənim qalan pulu ödəməli olduğumu bildirdi”.
Şikayətçi bildirib ki, “KONTAKT HOME”da hazırda bu cür faktlar yüzlərlədir: “Bu mağazalar şəbəkəsində o qədər boşluq var ki, telefonu götürən kimi satırlar və rəsmiləşdirmə uzun müddət çəkdiyi üçün bunu etmirlər. Yəni daxili kreditin heç bir rəsmi çəkisi yoxdur. Təbii ki, mən öz hüquqlarımı bərpa etmək üçün yuxarı instansiya məhkəməsinə müraciət edəcəm. Çünki Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyev “KONTAKT HOME”un sifarişlərini yerinə yetirir. Hakim tam ədalətsiz qərar verir və mənim saydığım faktları cavablandırmır”.
Həmçinin oxuyun
İndi Ramal Dövranın yeganə istəyi odur ki, adıçəkilən mağazalar şəbəkəsi onun hüquqlarını pozduğu üçün öz səhvini düzəltsin, yaxud da onu çətin vəziyyətdə qoymasın: “KONTAKT HOME” məni çətin durumda qoyduğu üçün üzr istəməli və heç bir borcumun olmadığı haqda sənəd təqdim etməlidir. Əgər bunu etmirsə, o zaman həmin telefonu geri qaytarsın ki, mən də borcu ödəyim”.
Ümid edirik ki, tanınmış jurnalistin şikayəti məsələyə cavabdeh şəxslərə, ən əsası isə “KONTAKT HOME” rəhbərliyinə çatacaq və Ramal Dövranın problemi tez bir zamanda həll olunacaq.
KONKRET.az
P.S Yazıda adı keçən tərəflərin mövqeyini də dərc etməyə hazırıq!
16:49 / 31 May 2025
Ülkər Abdurahmanlıya vəzifə verildi
55
15:32 / 31 May 2025
Sabah hava necə olacaq?
120
15:04 / 31 May 2025
Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək
143
14:58 / 31 May 2025
Saleh Səmədov həbs edildi
314
12:44 / 31 May 2025
İyunun ilk gününün HAVASI
65
11:18 / 31 May 2025
Zaqatalada dəhşət: Həyatını itirən var
135
10:10 / 31 May 2025
Ukraynada Uşaqlar Gününün tarixi dəyişdi
75
10:00 / 31 May 2025
38 yaşlı qadın bıçaqlandı
83
09:43 / 31 May 2025
Tanınmış müğənni vəfat etdi - FOTO
2535
09:31 / 31 May 2025
Atası da mina qurbanı olubmuş...
94
09:25 / 31 May 2025
Bayden xərçəng diaqnozundan sonra ilk dəfə çıxış etdi
160
09:10 / 31 May 2025
Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu
169
08:55 / 31 May 2025
Ərdoğan Zelenski ilə danışdı
124
21:49 / 30 May 2025
Gəncəni onlar bombalayıbmış
313
21:30 / 30 May 2025
Nübar dünyasını dəyişdi
1466
21:14 / 30 May 2025
Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif
328
20:51 / 30 May 2025
Azərbaycan lideri ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
245
20:12 / 30 May 2025
Rusiya xəbərdarlıq edib
166
20:08 / 30 May 2025
Bu cəzalar sərtləşdirildi – Prezident təsdiqlədi
710
20:05 / 30 May 2025
Almaniya Ukraynadakı münaqişənin sona çatmasından danışıb
145
19:57 / 30 May 2025
ABŞ -də Ukrayna müzakirəsi
144
19:45 / 30 May 2025
Moskvada terror aktına cəhd edilib
141
19:36 / 30 May 2025
Hücumu İŞİD edibmiş
141
19:31 / 30 May 2025
Ağdərədə mülki şəxs minaya düşüb
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.