LUX Residence-dən şikayət: 86 yaşlı qadının FƏRYADI -Şirkətdən AÇIQLAMA (YENİLƏNİB)
07 May 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1414
05.07.2020, 14:55
Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər.
Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub.
Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib.
Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.
Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Qeyri-adi təbiət hadisəsi Kür çayı boyunca irəliləməkdə davam edir.
Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. (report)
17:05 / 14 May 2026
1
17:04 / 14 May 2026
1
16:51 / 14 May 2026
18
16:45 / 14 May 2026
29
16:40 / 14 May 2026
30
16:35 / 14 May 2026
88
16:29 / 14 May 2026
103
16:27 / 14 May 2026
38
16:21 / 14 May 2026
496
16:14 / 14 May 2026
52
16:08 / 14 May 2026
109
16:06 / 14 May 2026
45
16:01 / 14 May 2026
62
15:57 / 14 May 2026
48
15:45 / 14 May 2026
55
15:39 / 14 May 2026
60
15:32 / 14 May 2026
108
15:28 / 14 May 2026
76
15:17 / 14 May 2026
56
15:10 / 14 May 2026
67
15:06 / 14 May 2026
67
15:02 / 14 May 2026
150
14:58 / 14 May 2026
656
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.