“Embawood” qüsurlu mebel satıb - RƏSMİ
04 Aprel 2025, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2592
14.05.2020, 11:39
Son illərdə bir çox qız və qadınların üz tutduğu plastik cərrahiyə əməliyyatları ölüm təhlükəsi yüksək olan əməliyyatlardan sayılır. Belə ki, qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.
Son ölüm halı isə may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb.
Oxu24.com bildirir ki, əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə o, xarici görünüşündən narazı olması ilə bağlı növbəti dəfə xəstəxanaya müraciət edib. Onun üzərində gluteoplastika- popo şəkilləndirmə əməliyyatı keçirilib.
Xətai rayon prokurorluğunun əməkdaşları və məhkəmə-tibbi eksperti tərəfindən hadisə yerinə və meyitə baxış keçirildikdən sonra meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininə təhvil verilib. İşi araşdıran Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyevin “Yeni Sabah”a verdiyi məlumata görə, təyin olunan məhkəmə-tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək. Baş vermiş ölüm faktı ilə bağlı hələlik heç kim dindirilməyib.
Məlumat üçün bildirək ki, Turanə Musazadə əməliyyat üçün “Baku Medical Plaza”ya 7 min manat ödəniş edib.
Qeyd edək ki, ötən ilin may ayında “Baku Medical Plaza”da Sirus Qoçxani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib.
Araşdırmalarımız zamanı məlum oldu ki, Sona Gürgün vəfat edən zaman müğənni Zenfira İbrahimova piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb.
Bundan başqa estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
S.Qoçxani o zaman mətbuata açıqlamasında deyib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib:
“Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi”.
Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb:
Həmçinin oxuyun
“21 yaşlı Leyla model idi. Buna baxmayaraq, onun qarın və bel nahiyyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o, kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, qızım, bu, sənə lazım olan əməliyyat deyil. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.
Xatırladaq ki, Siruz Qoçxaninin bu əməliyyatlarına qarşı onun həmkarları da çıxıb. Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov bildirib ki, iranlı estetik cərrah Sirus Qoçxanini “Milana” hospitalından qovub:
“İranlı estetik cərrah Sirus Qoçxaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz. Mən özüm “Milana” hospitalda direktor olanda Sirus Qoçxani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Bax belə şeylərə görə mən onu “Milana” hospitaldan qovdum. Sirus Qoçxani ildə az qala neçə nəfəri bu günə qoyur”.
Qeyd edək ki, bizim sənət adamları Sirus Qoçxaninin cərahi əməliyyatı etdiyi bir neçə şəxsin öldüyünü bilə-bilə yenə onun yanına getməkdə davam edirlər. Belə ki, bu gün səhər saatlarında müğənni Rəqsanənin qızı Aysun əməliyyatla bağlı Qoçxaninin yanına getməsini instaqram hesabında paylaşım edib. Ötən il Sona Gürgünün vəfatından sonra da müğənni Xatirə İslam Sirus Qoçxaniyə dəstəklə bağlı ikisinin birgə olduğu şəkili instaqram hesabında paylaşaraq belə bir cümlə yazmışdı: “Mənim gözəl həkimim. Darıxmışam sizsiz”.
Sonda əslən iranlı olan Sirus Qoçxaninin Baku Medical Plazada özü barədə yerləşdirdiyi məlumatlar: 2006-2009-cu illərdə İranın Kuhenur klinikasında baş həkim, 2008-2015-ci illərdə Xətai klinikasında baş həkim, estetik cərrah, 2015-2017-ci illərdə Nordic Beynəlxalq Tibb Mərkəzində baş cərrah, estetik cərrah, 2018-ci ildən bu günə kimi isə Baku Medical Plazada estetik cərrah işləyir. Ancaq onun tibbi təhsilinin olmadığıda bildirilir.
Maraqlı burasıdır ki, Sirus Qoçxani nə Zəfəran, nə də Milano klinikasında işləməsi ilə bağlı məlumatı yerləşdirməyib. Həmçinin faktiki mətbuatda ictimailəşən 3 ölüm faktı ilə bağlı Sirus Qoçxaniyə hüquq-mühafizə orqanları tərəfindən hər hansı cəza verilməyib.
22:59 / 20 Aprel 2025
25-ci mərtəbədən yıxılan azyaşlı sağ qaldı - FOTOlar
51
20:45 / 20 Aprel 2025
SON DƏQİQƏ! Bakıda güclü yanğın olub — VİDEO
105
20:41 / 20 Aprel 2025
Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır?
67
19:16 / 20 Aprel 2025
Həmin yanğında maşınlar da yanıb - Video
82
18:49 / 20 Aprel 2025
Zaqatalada körpə doğuş zamanı öldü
102
18:45 / 20 Aprel 2025
Papa Azərbaycanla Ermənistana müraciət etdi
91
13:58 / 20 Aprel 2025
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
564
12:31 / 20 Aprel 2025
SON DƏQİQƏ! Şərurlu İsfəndiyar danışdı
464
12:19 / 20 Aprel 2025
Prezidentin gəlini paylaşım edib — FOTO
245
11:32 / 20 Aprel 2025
Qar yağacaq - Hava kəskin dəyişir
2262
11:13 / 20 Aprel 2025
DİN antinarkotik təbliğatı ilə bağlı sosial çarx hazırlayıb - VİDEO
164
11:07 / 20 Aprel 2025
Binanın qarşısında meyiti tapılan şəxs kimdir?
187
11:04 / 20 Aprel 2025
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
149
10:28 / 20 Aprel 2025
İsfəndiyarın oğlu əvvəl niyə həbs olunubmuş? - TƏFƏRRÜAT
1607
10:14 / 20 Aprel 2025
Ağır qəza olub: Həyatını itirən var
190
00:19 / 20 Aprel 2025
Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
45
00:15 / 20 Aprel 2025
Azərbaycanda toyda 2 yaşlı uşaq oğurlanıb
1348
23:45 / 19 Aprel 2025
TƏCİLİ!İsfəndiyarın oğlu həbs edildi
2077
21:28 / 19 Aprel 2025
Bakıda sevgililər tutuldular: Görün nə ediblərmiş - VİDEO
1840
13:47 / 19 Aprel 2025
18 nəfər saxlanılıb
333
13:18 / 19 Aprel 2025
Qənirə Ataşovadan sensassion paylaşım: Eldar Mahmudovun əlaltısı olmuş Vüsal...
2412
13:04 / 19 Aprel 2025
Sabah hava necə olacaq?
375
12:51 / 19 Aprel 2025
İmişli rayon Ağsaqqallar Şurası Rus icmasının üzvələrinin iştirakı ilə "Pasxa" bayramı münasibətilə tədbir keçirib
337
12:32 / 19 Aprel 2025
Prezidentlər hansı maşından sürür? — Ən bahalısı bu ölkə liderindədir (VİDEO)
2264
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.