Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3188
02.05.2020, 09:48
Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərarla “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 2007-ci il iyulun 30-da 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və həmin il iyulun 30-da 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC bu il mayın 1-dən “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.
Bu barədə Oxu24.com-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
“Amrahbank” ASC-nin əməkdaşları bankın bağlanmasına görə etiraz edib. Onlar bildiriblər ki, bankın bağlnamasını bir nəfər şəxs göstəriş verib.
Bankın yerləşdiyi binada etiraz edən əməkdaşlar Dövlət başçısından kömək istəyib.
“Amrahbank” ASC-nin hüquqşünası Mehdi Mehdiyev bildirib ki, bankın bağlanması qərarı 1 saatın içərisində verilib Bu qərar onlar üçün də gözlənilməz olub. Hüquqşünas bildirib ki, bankın bağlanması qərarını adını çəkmək istəmədiyi şəxslər verib.
Daha sonra hüquqşünas bildirib ki, bank heç zaman özünü müflis elan etməyib. Mərkəzi Bankın yaydığı bu məlumat yalandır.
Bankım əməkdaşları bildirib ki,bu vaxta qədər bank əməkdaşlarının əmək haqqları vaxtında verilib. Heç bir gecikmə və problem yaşanmayıb.
Bankın binasında gərgin anlar yaşanıb. Daha sonra bankın yerləşdiyi binaya hərbçilər və polis əməkdaşları gəlib.
Oxu24.com ətraflı reportajı təqdim edir:
10:21 / 19 Noyabr 2026
39
10:19 / 19 Noyabr 2026
52
10:11 / 19 Noyabr 2026
46
10:07 / 19 Noyabr 2026
54
09:58 / 19 Noyabr 2026
231
09:56 / 19 Noyabr 2026
73
09:48 / 19 Noyabr 2026
88
09:45 / 19 Noyabr 2026
72
09:41 / 19 Noyabr 2026
77
09:37 / 19 Noyabr 2026
81
09:30 / 19 Noyabr 2026
73
09:27 / 19 Noyabr 2026
84
09:14 / 19 Noyabr 2026
165
09:13 / 19 Noyabr 2026
84
09:12 / 19 Noyabr 2026
81
09:10 / 19 Noyabr 2026
224
00:22 / 19 Noyabr 2026
411
23:10 / 18 Noyabr 2026
204
22:45 / 18 Noyabr 2026
180
22:40 / 18 Noyabr 2026
160
22:25 / 18 Noyabr 2026
187
22:25 / 18 Noyabr 2026
199
22:15 / 18 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.