"Şərurlu İsfəndiyar"dan şikayət bitmir — 39 min dolları və evi əlindən çıxan vətəndaş faktları açıqladı (VİDEO)
01 May 2025, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
1400
14.04.2020, 19:48
Allah bu koronavirusun atasına rəhmət eləsin, hələ çox qıvrımbaşların keçəlini görəcəyik.
Mətbuat tirajlayır ki, “Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui-istifadə edərək, sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cüzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.
Bu artıq həyasızlığın son həddidir. K.Zeynallını heç vaxt görməmişəm, ancaq işlərini neçə gündür ki, izləyirəm. Həqiqətən onun sayəsində təsəvvür etmədiyim faciəvi səhnələri gördüm. Tək Xəzər bağları deyilən yerdəki qoca kişinin vəziyyətinə görə hamımız utanmalıyıq. 21-ci əsrdə, neft ölkəsində o səhnənin olması üz qarasıdır. Doğrudanmı illərdir o sahəyə baxan yaramazlardan heç kim bunu görməyib?! Görməyibsə kordur, görübsə heyvandır! Sumqayıtın başçısının obyektlərinin tək birinin hesabına yüzlərlə o qoca kişi kimilərini evlə təmin etmək olar. Başqa bir ağlamalı səhnəni Pirallahıdakı ailənin vəziyyətində gördük. Hamısını da bizə bunu etməli olan mətbuat yox, Kamil göstərdi. İndi hansı üzlə, Pirallahı İcra Hakimiyyəti utanmadan K.Zeynallını ittiham edir? Doğrudanmı artıq abır-həya deyilən bir şey qalmayıb? Yoxsa yenə hələ düşünürsünüz ki, həyasızlıq, qabalıq hesabına at oynadacaqsınız? Ölkədə baş verənləri demirəm, heç olmasa başınızı qaldırıb dünyaya baxın. Yemək-içməkdən başınız açılanda bir-iki qəzet, jurnal, kitab oxuyun.
K.Zeynallının kimliyini bilməsəm də baş verənlərdən sonra əgər onun haqqında kimsə torba tikəcəksə bilsin ki, qarşısında məni kimi yüzlərlə insanı görəcək. K.Zeynallı məhz bu ölkəni dağıdan, insanları pis günə salan vəzifəli şəxslərin işini görür. İnsansınızsa siz edin, Kamil kimilər də getsin öz işi ilə məşğul olsunlar. Siz o qədər yalan danışıbsınız, pislik edibsiniz ki, sizə artıq inanan da yoxdur. Bir az göydən yerə düşün, ayağınız yerə dəysin, yoxsa təpəniz yerə dəyəcək.
Bu məlumatı bəh-bəhlə tirajlayan jurnalistlər, siz peşə borcunuzun nə olduğunu bilirsinizmi, yoxsa hələ də Əli Həsənovun havasını oynayırsınız? Bir balaca vicdanınız varsa həmin bəyanatla birlikdə ədalətli olsun deyə bir iki kəlmə K.Zeynallının gördükləri işdən də yazın.
Sonda hamıya müraciət edirəm. Ən böyük bəlalarımızdan biri müstəqil mətbuatımızın olmamasıdır. Bunun hansı fəsadlar verəcəyini bildiyimdən illərdir bu barədə yazıram, deyirəm. Bir çoxları məni Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünə qarşı qərəzli olmaqda ittiham etmək üçün hekayələr uydurdular. Bir çoxları yazdıqlarıma mız qoymaq əvəzinə onları təhlil etsələr çox şeylər görərlər.
Məhz bu günkü şər-böhtana görə haqq etmədən mənzil alan jurnaistlərin sayəsində həyasızlıq, yalan həyat tərzinə çevrilib, haqq-ədalət küncə sıxışdırılıb.
Həmçinin oxuyun
Yenə bu hakimiyyətdə islahat istəyənlərə müraciət edirəm. Bu gün Sizə qarşı səmimi olanlar Prezidentin şəninə təriflər deyib insanların qanını soran məmurlar yox, imkansız ailələrə öz hesablarına maddi yardım göstərən iş adamları, Kamil kimi oğullardır. İndidən onları qeydə alın ki, çətin gününüzdə Sizə kimlərin dayaq olduğunu biləsiniz. Onları qudurğan məmurlara qurban verməyin. Bunların tək günahı həmin pulların yarısından çoxunu ciblərinə qoymağa hazır olan məmurlara yox, ehtiyacı olan kasıb ailələrə vermələridir.
Təxirə salmadan mətbuatı qaydaya salın. Şər böhtana görə alınan evlər həmin mirzələrdən alınıb haqq edənlərə verilməlidir.
Yırğalana-yırğala yox, təcili işə başlayın, yoxsa çatdırmayacaqsınız. Yerlərdəki "Şah"ların nələr etdiklərini görmək üçün Sizə normal mətuat lazımdır. Əgər doğrudan da islahat etmək istəyirsinizsə?!
Aslan İsmayılov
Hüquqşünas
22:01 / 03 May 2025
ŞOK! Türkiyə Netanyahunun Azərbaycana gəlməsinə imkan vermədi
1
21:55 / 03 May 2025
Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
11
21:52 / 03 May 2025
Külək hasarı aşırdı, sürücü öldü - Faciə
5
21:46 / 03 May 2025
Netanyahu Azərbaycana səfərini təxirə saldı
146
21:34 / 03 May 2025
Sürücülərə müraciət edildi
5
21:27 / 03 May 2025
Leysanla bağlı xəbərdarlıq edildi
435
20:53 / 03 May 2025
Bu ölkənin baş naziri 9 may paradda iştirak etməyəcək
31
20:42 / 03 May 2025
Şəmkirdə 26 yaşlı oğlan özünü asdı
32
19:42 / 03 May 2025
6 bal gücündə zəlzələ oldu
36
19:41 / 03 May 2025
Toyda gəlinin bəyə kobud reaksiyası DİQQƏT ÇƏKDİ - VİDEO
91
19:30 / 03 May 2025
Putin: Ölkələrimizin vətəndaşları nasist işğalçıları üzərində qələbəni yaxınlaşdıranları lazımınca qiymətləndirirlər
42
19:09 / 03 May 2025
Metrodakı problem aradan qaldırıldı - yenilənib
106
18:23 / 03 May 2025
Vladimir Putin İlham Əliyevi təbrik edib
146
18:08 / 03 May 2025
Vuçiçin səhhəti pisləşdi - səfəri təcili ləğv etdi
99
17:50 / 03 May 2025
4 gün ardıcıl iş olmayacaq
135
11:22 / 03 May 2025
Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı
133
10:36 / 03 May 2025
10 nəfər tutuldu
124
10:23 / 03 May 2025
KOB-ların gələcəyi şəbəkə marketlərinin işığında: Ərzaq təhlükəsizliyində müstəsna rol
162
10:02 / 03 May 2025
Xəbərdarlıq! Yollar bağlanır
1640
09:32 / 03 May 2025
Argentina sahillərində güclü zəlzələ oldu - yenilənib
129
09:15 / 03 May 2025
Bakıda çoxmərtəbəli binada yanğın olub - VİDEO
134
09:00 / 03 May 2025
Rusiya Xarkovu PUA-larla vurdu - onlarla yaralı var
143
08:57 / 03 May 2025
Ramiz Mehdiyevdən 8 milyona satılan villa ilə bağlı - Açıqlama
228
01:12 / 03 May 2025
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
231
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.