Binəqədidə "Ölüm lifti": Sakinlərdən pul yığılır, amma təmir yoxdur – VİDEO
16 Mart 2026, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
994
25.02.2020, 11:02
Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub.
Oxu24.com xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.
Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.
Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, - dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.
Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər:
Həmçinin oxuyun
“Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb "biz dezinfeksiya işi aparmağa gəlmişik" deyə bilməz, icazəsi yoxdur.
Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.
Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.
11:31 / 26 Aprel 2026
46
11:29 / 26 Aprel 2026
34
00:36 / 26 Aprel 2026
184
00:19 / 26 Aprel 2026
252
23:40 / 25 Aprel 2026
149
23:22 / 25 Aprel 2026
166
23:11 / 25 Aprel 2026
144
22:39 / 25 Aprel 2026
253
22:26 / 25 Aprel 2026
148
22:06 / 25 Aprel 2026
212
21:58 / 25 Aprel 2026
232
21:47 / 25 Aprel 2026
136
21:19 / 25 Aprel 2026
164
20:56 / 25 Aprel 2026
208
20:35 / 25 Aprel 2026
207
20:20 / 25 Aprel 2026
291
20:06 / 25 Aprel 2026
178
19:42 / 25 Aprel 2026
152
19:28 / 25 Aprel 2026
165
19:03 / 25 Aprel 2026
153
18:53 / 25 Aprel 2026
156
18:18 / 25 Aprel 2026
186
18:09 / 25 Aprel 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.