Qaynar xətt:

(+99450) 247 90 86

Mətin Məmmədli: İlham Əliyevin Vyetnam səfəri yeni siyasi mərhələnin əsasını qoyur

Mətin Məmmədli: İlham Əliyevin Vyetnam səfəri yeni siyasi mərhələnin əsasını qoyur

SİYASƏT

56

20.11.2026, 16:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərində yeni siyasi mərhələnin başlanması və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında tarixi dostluq münasibətlərinin konkret siyasi və iqtisadi əməkdaşlıq müstəvisində inkişaf etdirilməsinə xidmət edir. 

Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri, politoloq Mətin Məmmədli Oxu24.com-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, xüsusilə enerji, nəqliyyat, logistika, ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Azərbaycanın zəngin enerji təcrübəsi və əlverişli tranzit potensialı ilə Vyetnamın sürətlə inkişaf edən iqtisadi imkanlarının birləşdirilməsi hər iki ölkəyə ciddi iqtisadi dividendlər qazandıra bilər.Səfərin geosiyasi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Vyetnam Cənub-Şərqi Asiyanın mühüm siyasi və iqtisadi aktorlarından biridir. 

Politoloqun fikrincə, bu ölkə ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın Asiya regionunda diplomatik mövqelərinin güclənməsinə, beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsinə və çoxşaxəli xarici siyasətinin möhkəmlənməsinə töhfə verəcək. 

Mətin  Məmmədli hesab edir ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, müstəqil və praqmatik xarici siyasət kursunun uğurla davam etdirilməsinin növbəti mühüm göstəricisidir.

Turan Etibaroğlu