Ürək qüsurlu şəxsin pensiyası niyə kəsilib?– RƏSMİ CAVAB
02 İyun 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
4020
13.01.2025, 20:58
44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində şəhid olan Anar və Nurçin Əlizadələrin oğlu Hüseyn Əlizadənin sosial şəbəkədə müraciəti yayılıb.
O, videoda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhərin baş memarı Elvin Həsənzadə ilə bağlı ittihamlar səsləndirib.
H.Əlizadə bildirib ki, Gəncədəki şəhid ailələri yeni inşa olunmuş binada mənzillə təmin olunub, lakin onlara köhnə binadan mənzil verilib. Əlavə olaraq həmin mənzilin ailəyə kirayə sənədi ilə təqdim olunduğunu qeyd edib.
Onun sözlərinə görə, bacısı evləndikdən sonra 1 otaqlı evlə təmin olunmaq üçün müvafiq qaydada müraciət etsə də, bu da cavabsız qalıb.
Şəhid övladı onu da deyib ki, bacısının həyat yoldaşının özünə məxsus torpaqda inşa etdiyi tikili baş memar Elvin Həsənzadənin göstərişi ilə dağıdılıb.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 11 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinə edilən növbəti raket zərbəsi nəticəsində Əliyev Hüseyn Anar oğlunun ata nənəsi Əliyeva Zenfira Məmməd qızına məxsus Ə.Rəfibəyli küçəsi, 4-cü dalan, 3 №-li binada yerləşən iki otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan mənzil dağılmış və ona Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yeni inşa edilmiş binadan iki mənzil (bir otaqlı, ümumi sahəsi 34,97 kv.m və üç otaqlı, ümumi sahəsi 74,57 kv.m) verilib:
“Sözügedən bacı və qardaşın, o cümlədən onların ana valideynlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, 2021-ci ildə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, müstəsna hal kimi, Şahlar Hüseynov küçəsi, 13A ünvanında yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 69,59 kv.m təşkil edən iki otaqlı mənzil istifadə hüququ ilə Hüseyn Əliyevin qəyyumu, dayısı Əliyev Nurlan Emin oğluna verilib”.
Əlavə edilib ki, H.Əliyevin bacısı Əliyeva Sevil Anar qızına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ilin yanvar ayından 2021-ci ilin oktyabr ayınadək (MİDA yaşayış kompleksindən mənzillərlə təmin olunanadək) hər ay 250 manat olmaqla, ümumilikdə 2250 manat kirayə haqqı ödənilib.
Qeyd olunanlarla yanaşı, bayram günlərində, eyni zamanda uşaqların müraciətləri əsasında, həmçinin Əliyeva Sevil Anar qızının 2024-cü ildə keçirilmiş toy mərasimi də daxil olmaqla, onlara əlavə 3200 manat maddi yardım göstərilib:
“Bildirmək istəyirik ki, Əliyev Hüseyn Anar oğlunun bacısının əri Şərifov Talış Rəşad oğlu, şəhərin Atatürk prospektində, inşası davam etdirilən Gəncə Şəhər Stadionunun yaxınlığında, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə, orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin həyata keçirdikləri növbəti monitorinq zamanı bu hal aşkarlanmış və tikintinin qarşısı alınmışdır. Şərifov Talış Rəşad oğluna sözügedən niyyəti ilə bağlı qanunvericiliyin tələbləri, həmçinin riayət edilmədiyi təqdirdə, məsuliyyət tədbirləri barədə izahat verilib.
Qeyd edək ki, Şərifov Talış Rəşad oğlu və onun ailə üzvləri, müraciət müəllifinin sosial statusundan istifadə etməklə, dövlət orqanının, onun vəzifəli şəxslərinin ünvanına böhtan, şər və həqiqətdən uzaq fikirlər səsləndirməsinə nail olmaqla, öz qanunsuz əməlinə bəraət qazandırmağa çalışıblar”.
09:31 / 27 Avqust 2026
1
09:10 / 27 Avqust 2026
24
09:06 / 27 Avqust 2026
39
09:02 / 27 Avqust 2026
37
09:00 / 27 Avqust 2026
43
08:58 / 27 Avqust 2026
44
23:46 / 26 Avqust 2026
113
23:16 / 26 Avqust 2026
123
22:53 / 26 Avqust 2026
113
22:53 / 26 Avqust 2026
119
22:26 / 26 Avqust 2026
117
21:53 / 26 Avqust 2026
121
21:07 / 26 Avqust 2026
118
20:47 / 26 Avqust 2026
135
20:21 / 26 Avqust 2026
143
20:00 / 26 Avqust 2026
86
19:29 / 26 Avqust 2026
76
19:16 / 26 Avqust 2026
94
18:58 / 26 Avqust 2026
99
18:47 / 26 Avqust 2026
103
18:19 / 26 Avqust 2026
91
18:04 / 26 Avqust 2026
111
17:56 / 26 Avqust 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.