Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1955
18.04.2020, 16:58
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Ağcabədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 10-a yaxın vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib. Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb. Saxlanılan şəxsə məxsus paytaxt ərazisində yerləşən ofisə baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhürlər və digər iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.
18:47 / 26 Oktyabr 2026
11
18:36 / 26 Oktyabr 2026
45
18:20 / 26 Oktyabr 2026
67
18:10 / 26 Oktyabr 2026
61
17:45 / 26 Oktyabr 2026
131
17:01 / 26 Oktyabr 2026
99
17:00 / 26 Oktyabr 2026
266
16:58 / 26 Oktyabr 2026
74
16:46 / 26 Oktyabr 2026
80
16:42 / 26 Oktyabr 2026
72
16:30 / 26 Oktyabr 2026
102
16:17 / 26 Oktyabr 2026
103
16:08 / 26 Oktyabr 2026
229
15:57 / 26 Oktyabr 2026
91
15:50 / 26 Oktyabr 2026
287
15:48 / 26 Oktyabr 2026
142
15:44 / 26 Oktyabr 2026
199
15:41 / 26 Oktyabr 2026
97
15:37 / 26 Oktyabr 2026
76
15:34 / 26 Oktyabr 2026
104
15:28 / 26 Oktyabr 2026
82
15:19 / 26 Oktyabr 2026
216
15:10 / 26 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.