DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
755
26.03.2020, 01:01
Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlara münasibət bildirib.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunub.
Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlayıblar.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkar edilərək götürülüb.
Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilib.
Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:47 / 26 Oktyabr 2026
11
18:36 / 26 Oktyabr 2026
45
18:20 / 26 Oktyabr 2026
67
18:10 / 26 Oktyabr 2026
61
17:45 / 26 Oktyabr 2026
131
17:01 / 26 Oktyabr 2026
99
17:00 / 26 Oktyabr 2026
266
16:58 / 26 Oktyabr 2026
74
16:46 / 26 Oktyabr 2026
80
16:42 / 26 Oktyabr 2026
72
16:30 / 26 Oktyabr 2026
102
16:17 / 26 Oktyabr 2026
103
16:08 / 26 Oktyabr 2026
229
15:57 / 26 Oktyabr 2026
91
15:50 / 26 Oktyabr 2026
287
15:48 / 26 Oktyabr 2026
142
15:44 / 26 Oktyabr 2026
199
15:41 / 26 Oktyabr 2026
97
15:37 / 26 Oktyabr 2026
76
15:34 / 26 Oktyabr 2026
104
15:28 / 26 Oktyabr 2026
82
15:19 / 26 Oktyabr 2026
216
15:10 / 26 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.