Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadını döyüb bu hala saldılar, polis hərəkətə keçdi - FOTO

Bakıda qadını döyüb bu hala saldılar, polis hərəkətə keçdi - FOTO

KRİMİNAL

582

22.03.2020, 00:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadın döyülüb.

Oxu24.com -un xəbərinə görə, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

M.Zeynalova bildirib ki, qadının həyatı təhlükədədir: "Saleh Şahmarov Valeh oğlu adlı şəxs qadını bu vəziyyətə salıb. Qadın polisə müraciət edib və çox qorxu içində yaşayır. Uşaqlarının gözü önündə döyülür və öldürəcəyi ilə hədələyir".

Bakı Şəhər Baş Polis İdarəsi məsələni nəzarətə götürüb, müvafiq polis bölməsi araşdırma aparır.