Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya kəşfiyyatı şok açıqlama yaydı: Rusiya buna hazırlaşır

Britaniya kəşfiyyatı şok açıqlama yaydı: Rusiya buna hazırlaşır

REDAKTORUN SEÇİMİ

761

31.03.2022, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Rusiyanın Ukraynanın Çerniqov şəhəri ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya qüvvələrinin şəhərə artilleriya və raket zərbələri davam edir”.

Oxu24.com xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər gedir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzini nəzarətdə saxlayırlar”, - məlumatda vurğulanıb.

SON DƏQİQƏ! Rusiya qərar verdi