Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
853
29.03.2022, 18:21
"Şuşa Bəyannaməsinə görə başqa bir ölkə tərəfindən Türkiyəyə qarşı təhdid edildisə Azərbaycan, Azərbaycana qarşı edildisə Türkiyə tərəfindən bir təhdid kimi dəyərləndirilir".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
General bildirib ki, Bakını təhdid edən rus deputat ikinci Jirinovski olmaq istəyir:
"Rusiyanın Azərbaycanla əməkdaşlıq mövzusu sadəcə neft və təbii qaz konteksindəki bir əməkdaşlıq deyil. 22 fevral tarixində Rusiya ilə Azərbaycan arasında da müttəfiqlik Bəyannaməsinə bənzər bir Bəyannamə imzalanıb. Dolayısı ilə Rusiyanın Qafqazda Azərbaycana hər zaman ehtiyacı var. Azərbaycanı vurmaqla hədələyən rusiyalı deputat Mixail Delyaqindir kimdirsə, nə tarixdən, nə coğrafiyadan, nə strategiyadan, nə də real vəzioyyətdən xəbəri var. Xüsusilə Rusiyanın belə bir addım atacağı da söhbət mövzusu deyil. Bu, sadəcə ikinci Jirinovski olmaq istəyən, öz piarını etmək istəyən bir hökümət adamının boş təhdidlərindəmn başqa bir şey deyil. O səbəbdən də çox ciddiyə alınacaq bir mövzu deyil. Təbii ki, Kremlin də bundan xəbəri var.
Şuşa Bəyannaməsi çərçivəsində biz bu məsələni özümüzə qarşı edilmiş bir təhdid sayırıq və Türkiyə olaraq onu belə dəyərləndiririk. Heç kim Azərbaycanı yalnız zənn etməməlidir. Hər zaman ifadə edirik, Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın təhlükəsizliyi də Bakıdan keçər. Artıq heçnə əvvəlki kimi deyil. Nə Türkiyə, nə də Azərbaycan 1991-ci ildəki Azərbaycan və Türkiyə deyil.
Bir daha qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsinə bənzər Bəyannamənin imzalandığını düşünsək, Azərbaycana qarşı yönəlmiş bu cür təhdid dolu fikirlər Rusiya-Azərbaycan Bəyannaməsinə də, dostluğuna da qarşı çıxmaq deməkdir. Hər kəsin ağızndan çıxanı qulağı duymalıdır, bunu bacarmayanları da biz lazımı sözlərlə başa salarıq".
Qeyd edək ki, Rusiyanın dövlət televiziyası olan "Rossiya 1" telekanalında Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini, deputat Mixail Delyagin deyib: "Azərbaycanlılar həqiqətən də razılaşmanı pozdular. Bizimkilər dedilər ki, danışıqlardan sonra onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən heç yerə getməyiblər. Amerikanın tərəfdaşlarının, indiki halda Türkiyənin və Türkiyənin dövlət adlandırdığımız əlaltılarının bu aqressiyası bu gün gün real olaraq bir təhlükədir. Əgər buna görə, sərt və birmənalı şəkildə cəzalandırılmasaq... Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. O bizə lazım deyil. O müdafiəsizdir. Bu insanlar əgər sözlə başa düşmürlərsə, o zaman əməllə başa düşməli olacaqlar. Bunu eləməsək, bizdən geriyə heç nə qalmayacaq".
16:37 / 01 Noyabr 2026
45
16:29 / 01 Noyabr 2026
116
16:23 / 01 Noyabr 2026
62
16:18 / 01 Noyabr 2026
108
16:14 / 01 Noyabr 2026
119
16:10 / 01 Noyabr 2026
68
15:58 / 01 Noyabr 2026
359
14:19 / 01 Noyabr 2026
88
12:12 / 01 Noyabr 2026
132
12:03 / 01 Noyabr 2026
653
11:35 / 01 Noyabr 2026
139
11:09 / 01 Noyabr 2026
2280
11:03 / 01 Noyabr 2026
337
11:01 / 01 Noyabr 2026
128
11:00 / 01 Noyabr 2026
106
10:07 / 01 Noyabr 2026
556
09:05 / 01 Noyabr 2026
135
23:55 / 31 Oktyabr 2026
5305
23:52 / 31 Oktyabr 2026
504
23:44 / 31 Oktyabr 2026
715
23:22 / 31 Oktyabr 2026
166
22:59 / 31 Oktyabr 2026
362
22:32 / 31 Oktyabr 2026
2788
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.