Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB-də yüksək vəzifəyə gətirilən xanım kimdir? - FOTO

TƏBİB-də yüksək vəzifəyə gətirilən xanım kimdir? - FOTO

REDAKTORUN SEÇİMİ

891

16.02.2022, 23:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.

Oxu24.com  xəbər verir ki, bununla bağlı TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.

O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Ədilova 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.