Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
515
21.01.2022, 15:06
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha 1 il uzadılır.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılır. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar aşağıdakılardır:
- vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.
Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
Xatırladaq ki, 2015-ci il noyabrın 1-dən qüvvəyə minən qanunun müddəti 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə etdiyi və bu müddət bitdiyi üçün keçən il yaz sessiyasında da 1 il (2022-ci il yanvarın 1-dək) artırılmışdı.
11:34 / 05 Noyabr 2026
1
11:32 / 05 Noyabr 2026
16
11:29 / 05 Noyabr 2026
32
11:21 / 05 Noyabr 2026
121
11:16 / 05 Noyabr 2026
68
11:07 / 05 Noyabr 2026
67
10:59 / 05 Noyabr 2026
77
10:54 / 05 Noyabr 2026
130
10:45 / 05 Noyabr 2026
194
10:43 / 05 Noyabr 2026
91
10:38 / 05 Noyabr 2026
113
10:34 / 05 Noyabr 2026
91
10:20 / 05 Noyabr 2026
113
10:14 / 05 Noyabr 2026
81
10:12 / 05 Noyabr 2026
863
10:02 / 05 Noyabr 2026
95
10:00 / 05 Noyabr 2026
107
10:00 / 05 Noyabr 2026
126
09:53 / 05 Noyabr 2026
100
09:31 / 05 Noyabr 2026
474
09:24 / 05 Noyabr 2026
103
09:14 / 05 Noyabr 2026
122
09:12 / 05 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.