Qaynar xətt:

(+99450) 247 90 86

Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb 

Məleykə Abbaszadə V \"Yüksəliş\" müsabiqəsinin qalibləri ilə görüşüb 

CƏMİYYƏT

43

05.11.2026, 09:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüş keçirib.

DİM-dən Oxu24.com-a verilən məlumata görə, görüş zamanı süni intellektin yaratdığı yeni imkanlar və çağırışlar, bu texnologiyaların gələcək layihələrdə tətbiqi və mentilərin innovativ təşəbbüslərə cəlb olunması ətrafında fikir mübadiləsi aparılıb.

M.Abbaszadə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə layihələrin həyata keçirilməsi, innovativ həllərin qiymətləndirmə proseslərinə tətbiqi ilə bağlı öz tövsiyələrini bölüşüb. Görüşün sonunda növbəti mərhələyə kimi mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyən edilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.