Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2243
18.01.2022, 22:34
Deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi sərt tənqid edib.
Musavat.com xəbər verir ki, deputat bunu sosial şəbəkədə statusunda detallarla yazıb. "Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib" deyən E.Əliyevin sözlərinə görə, onun məşğul olmadığı bircə sahə var: o da elmdir: "İnstitut direktorları ilə İcra başçıları kimi davranır. Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur".

Etibar Əliyev
O, eyni zamanda R.Mehdiyevin öz ailə üzvlərinə akademiyada yaratdığı şəraitdən də danışıb: "Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə "Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə "Riyaziyyat" fakültəsində kafedra müdiri, müdafiə Şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb. Bir sözlə; elm bunların insiharına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib".

13:02 / 05 Noyabr 2026
37
13:00 / 05 Noyabr 2026
49
12:56 / 05 Noyabr 2026
51
12:51 / 05 Noyabr 2026
53
12:41 / 05 Noyabr 2026
197
12:40 / 05 Noyabr 2026
68
12:39 / 05 Noyabr 2026
64
12:36 / 05 Noyabr 2026
93
12:27 / 05 Noyabr 2026
369
12:26 / 05 Noyabr 2026
69
12:16 / 05 Noyabr 2026
323
12:14 / 05 Noyabr 2026
71
12:11 / 05 Noyabr 2026
69
12:00 / 05 Noyabr 2026
75
11:48 / 05 Noyabr 2026
95
11:46 / 05 Noyabr 2026
95
11:42 / 05 Noyabr 2026
121
11:34 / 05 Noyabr 2026
472
11:32 / 05 Noyabr 2026
227
11:29 / 05 Noyabr 2026
308
11:21 / 05 Noyabr 2026
292
11:16 / 05 Noyabr 2026
181
11:07 / 05 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.