Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi təcili açıqlama yayıb

Müdafiə Nazirliyi təcili açıqlama yayıb

REDAKTORUN SEÇİMİ

732

16.11.2021, 16:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".
Oxu24.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib. Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".
O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır".