Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1560
07.06.2021, 19:16
Bakıdakı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
Oxu24.com xəbər verir ki, cinayət işi ABŞ vətəndaşı olan azərbaycanlının şikayəti əsasında açılıb.
Belə ki, adıçəkilən xəstəxananın 3-cü şöbəsinin tibb bacısı işləmiş İbrahimova İradə Gülbala qızı 23 iyul 2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Macarıstana gedib və bu ölkədə yaşayıb. Amma buna baxmayaraq o, Bakıdakı işindən azad olunmayıb.
Nəticədə 2013-cü ilin iyul ayından 2016-cı ilin fevral ayına kimi İ.İbrahimovanın adı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasın əməkdaşları siyahısında saxlanılıb. Xidməti vəzifələrini icra etmədiyi halda qeyd edilən müddətdə xəstəxananın vəzifəli şəxsləri tərəfindən hər ay üzrə müxtəlif məbləğdə, ümumilikdə isə 7054 manat 76 qəpik pul vəsaiti onun adına əmək haqqı kimi hesablanıb. Həmin pullar müvafiq sənədlərlə rəsmiləşdirilib və Azərbaycan Beynəlxalq Bankının plastik əmək haqqı kartına köçürülməklə Avtomatlaşdırılmış Terminal Məntəqələrində nağdılaşdırılıb.
ABŞ vətəndaşı olan azərbaycanlı məsələdən xəbər tutub və bu barədə bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib. Mayın 24-də Nizami Rayon Prokurorluğunda 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.